Tibbi Məlumatlar

Hemorroidal xəstəlik (babasil)

Sizlərə cəmiyyətin utanma duyğusu içərisində gözdən qaçan və hər kəsin qulaqdan dolma məlumatlarla ötüştürmə yoluna getdiyi bir xəstəlikdən, hemorroidlərdən bəhs etmək istərdik. Kişilərin xüsusiyyətləri gərəyi müayinə olmaq istəmədikləri, qadınların isə utanma duyğusu içərisində həkimə getmədikləri anal bölgə xəstəliklərinin ən sıx görüləni, hemorroid və ya xalq dilindəki adı ilə babasildir. Demək olar ki, hər üç nəfərdən birində həyatının hər hansı bir dövründə görülən bu xəstəlik nədir, necə diaqnoz qoyulur, nə ilə qarışır və müalicəsi necədir?

 
Hemorroid - anal bölgədəki venaların uzanıb genişlənməsi nəticəsində anusun içinə və ya xaricinə doğru böyüməsiylə var olan bir xəstəlikdir. Təbiidir ki, bu genişləmə və böyümə sonrası, eynilə bir şarın gərilməsi nəticəsində divarının incəldiyi kimi, hemorroidin genişlənməsi sonrası anus divarı incəlir və nəcisin sürtünməsinə bağlı olaraq asanlıqla yırtılıb qanamalara səbəb olur. Bu əlamət də hamımızın bildiyi kimi hemorroidal xəstəlikdə görülən ən sıx şikayətdir. Parlaq qırmızı rəngdə (açıq qırmızı) görülən bu qanamanın xaricində hemorroid anus xaricinə çıxaraq şişlik meydana gəlməsinə səbəb olur. Hemorroidlə bağlı olaraq qaşıntı və ağrı şikayətləri görülə bilər.
 
Bu qədər sıx görülən bir xəstəliyin səbəblərinin də çox sayda olması təbiidir. Hemorroidin ən sıx səbəbi qəbizlikdir. Bunun xaricində: kolit, enterit kimi bağırsaq iltihablanmaları, qeyri-düzgün qidalanma vərdişi (içki, həddindən artıq acılı qida sərfityatı, qəbizlik törədən qidaların davamlı istehlakı kimi), tualet ehtiyacını təxirə salmaq və ya uzun müddətli tualetdə oturmaq, damar-divar quruluşunun doğuşdan və ya sonradan pozulması, uzun müddət və davamlı ayaqda qalmaq, hamiləlik, qarın içi təzyiqin artması, xroniki öskürək, köklük, həddindən artıq gücəmə, ailəvi (irsi) faktorlar hemorroid səbəbi ola bilər.
 
Bu qədər çox səbəbin yaratdığı hemorroidlər əsasən 2 qrupa ayrılır:
 
1 - External (Xarici) Hemorroidlər:
Xarici hemorroidləri böyüyərək çölə çıxan daxili hemoroidlərlə qarışdırmamaq lazımdır. Bunlar anusun xaricindəki damarlarda ani inkişaf edən, noxud, mərcimək kimi ələ gələn sərt və ağrılı formalaşmadır. Xarici damarların içindəki qanın laxtalanması ilə meydana gəlirlər. Müalicələri tibbi (dərman ilə) yolladır. İlıq suya oturma, şam və kremlər tətbiq olunur. 7-10 gün içində sağalırlar. Həddindən artıq narahatlıq edən external hemorroidlerin kənarını açıb içindəki laxtanı boşaltmaq bir müalicə metodu olsa da, 48-72 saat sonra tövsiyə edilmir;
 
2 - İnternal (Daxili, İç) Hemorroidlər:
Cəmiyyətdə babsil olaraq bilinən əsas xəstəlik budur. Hemorroidal damarlar anal bölgədə 3 nöqtədə olur. Bu nöqtələr arxası üstə yatan bir insanda anusu saat kimi düşünəcək olsaq, saat 3, 7 və 11 yönündədir. Daxili hemorroidler öz içində 4 dərəcəyə ayrılırlar. Bu dərəcələndirmə müalicə seçimi üçün əhəmiyyətlidir.
 
1. Dərəcə.
Babasilin, anusun içində qalıb çölə çıxmadığı vəziyyətlərdir. Yalnız qanamağa səbəb olub, əsasən ağrısız olurlar. Elə gəlməzlər. Anaskop dediyimiz alətlə anusun içinə girib görərək diaqnoz qoyulur. Müalicə əksəriyyətlə tibbi yolladır. Cərrahi müdaxilə lazım deyil. Hemorroid şamları və kremləri istifadə edilir. Ayrıca bəslənmə və həyat tərzinə nizam vermək lazımdır. Uzun müddət ayaqda qalmaq, qəbizlik, həddindən artıq acı yemək olmaz.
 
Digər müalicə metodu olaraq: rezin bantla bağlama (band ligation), infrared şüa ilə yandırma, sklerozan maddə inyeksiyası sayıla bilər.
 
Bu müalicələrdən infrared şüa ilə yandırma mövzusuna açıqlıq gətirmək istəyirəm. Xalq arasında lazer şəklində bilinən bu üsulda istifadə edilən, lazer şüasına yaxın dalğa boyu olan şüadır. Əsli, qızıl örtməli lampadan əks olan bir hallogen işıqdır. Ancaq ticarət qayğıları səbəbiylə lazer cərrahiyyəsi olaraq təqdim edilmişdır və xalq buna lazer adını verir . Bu yalnız 1 və 2 dərəcə hemorroid müalicələrində istifadə edilən bir üsuldur. İnfrared koagulasiyanın lazerlə heç bir əlaqəsi yoxdur.
 
2. Dərəcə.
Bu tip hemorroidler, defekasiya (böyük bayıra çıxma) əsnasında çölə çıxan, bunun xaricində anusun içində duran, qanamağa çox meylli 1-3 sm diametrli hemoroidlerdir. Bu qrupda da ilk müalicə konservativ yolladır. Hemorroid dərmanları istifadə etmə, mümkünsə əmələ gəlmə səbəbini ortadan qaldırma, ilıq suda oturma və pəhriz tənzimləmələri ilə irəliləməsi dayandırıla bilər. Bu hemorroidlerde qanama daha sıx və miqdar olaraq da daha çox görüldüyündən müəyyən bir müddət sonra qanazlığına səbəbi ola bilərlər. Rezin band ilə bağlama, infrared şüa ilə yandırma və sklerozan dərman inyeksiyası bu qrupda da istifadə edilə bilər. Diqqət edilmədiyi təqdirdə böyüyüb 3. dərəcəyə keçə bilərlər.
 
3. Dərəcə.
İçəridəki hemorroidlər çox zaman anus xaricində durduğundan tez-tez qanama, axıntı, şişlik və ağrıya səbəb olurlar. Üzərlərində yara inkişaf edə bilər. Qanama demək olar ki hər defekasiya aktı sonrası görülür. Dərman ilə müalicəyə yaxşı cavab verməsələr də müvəqqəti rahatlama təmin olunur. Qəti müalicə cərrahiyədir. Bunların, infrared ilə yandırma və ya sklerozan dərman inyeksiyası sonrası tez-tez təkrarladıqları görülür. Cərrahi müalicə ilə problem tamamilə həll edilir.
 
4. Dərəcə.
Hemorroidlərin davamlı olaraq anus xaricində qalması, əllə içəri itilsə belə dərhal çölə çıxması halıdır. Bu xəstələrdə adətən böyük hemoroidlər, davamlı axıntı, qanama və qaşıntı şikayətləri var. Xəstə oturduğunda ağrı hiss edər. Ağrı çox şiddətli olduğundan xəstələrin bir çoxu bu halda həkimə gedirlər. Bu şişkinliyə əllə toxunmaq çox ağrı verir. Yürüyüş belə qeyri-mümkün hala gəlir. Yaxşı təmizlənəməmələri səbəbiylə tez-tez infeksiyaya yoluxarlar.
 
Rezin band ilə bağlama, infrared ilə yandırma və ya sklerozan dərman inyeksiyası nəticə verməz, buna görə tövsiyə edilmir. Müalicə, cərrahi yolladır və xəstə əməliyyat sonunda tamamilə sağalır.
 
Anus və qalın bağırsağın son hissəsindəki təxminən 15-20 xəstəliyin demək olar ki hamısında hemorroid ilə bənzər əlamətlər vardır. Bu səbəbdən anal bölgə narahatlıqlarında həkimin müayinəsi, ayırıcı diaqnoz yönündən çox əhəmiyyətlidir.
 
Bilməliyik ki hemorroid - bağırsaq xərçəngi, anal fistül, ülseratif kolit, anal fissür, anal abses, bəzi cinsi yolla bulaşan xəstəliklər ilə oxşar şikayətlənmələrə səbəb olur. Qəti və ayırıcı diaqnoz üçün yalnız xaricdən müayinə kifayət etməyə bilər. Bərabərində retrosigmoidoskop, anaskop və ya kolonoskop dediyimiz alətlər ilə qalın bağırsaq içinə baxmaq çox əhəmiyyətlidir. Unutmayaq ki, anusdan hər qanama hemorroid deyil.
 
Klassik cərrahi metod: Əgər anal venaların girdiyi 3 əsas nöqtə bağlanmazsa, xalqın "əməliyyat oldum amma təkrarladı" şəklindəki şikayətləri haqlı çıxar. Əsas olan 3 giriş yerində hemorroid venalarını kafi miqdarda çıxarmaq və bağlamaqdır. Xəstə əməliyyat sonrası 7-10 gün qədər çətinlik çəkə bilər. Əməliyyat zamanı hər 3 hemorroid yastıqcığın çıxarılması anal dəlikdə daralmaya yol aça bilər. Belə halda cərrah tək mərhələdə 3 yastıqcığın tamamını çıxarmaya bilər. Anal darlıq təkrar qanamalar ilə birlikdə hemorroid əməliyyatından sonra ən sıx rastlanan ağırlaşmalardır.
 
Klassik üsulların əməliyyat sonrası ağrı, qanaxma, ilk defekasiya əsnasında ağrı və ödem kimi xəstələrin həyat komfortunu pozan ağırlaşmalarının görülməsi səbəbiylə yeni alternativ metodlar ortaya qoyulmuşdur. Bu metodlar:
- Ligasure Hemorroidektomiya;
- Harmonic Scalpel Hemorroidektomiya;
- Stapler Hemorroidektomiya (Longo);
- Lazer Hemorroid Cərrahiyyəsi;
- Hemorroidal Arteriya Ligasiyası (HAL/RAR) əməliyyatlarıdır.
 
Yeni üsulların ən əhəmiyyətli üstünlüyü, əməliyyat sonrası 2-3 gün içində bütün çətinliklərin keçməsi və xəstənin 4-5 gün içində işinin başına dönə bilməsidir.