Tibbi Məlumatlar

Axalaziya (Qida borusunda spazm)

AXALAZİYA NƏDİR?

Yunan mənşəli bir söz olan akalazya, məna olaraq boşalma əskikliyini ya da yoxluğunu ifadə etməkdədir. Axalaziya nadir görülən bir xəstəlikdir. Xəstəliyin səbəbi hələ tapılmayıb. Çox sadə olaraq açıqlamaq lazım olsa, "yemək borusundakı sinir hüceyrələrində bir problem var" deməmiz mümkündür. Yemək borusunun özünə xas peristaltika hərəkətləri (qidaları mədəyə doğru daşıyarkən yaratması lazım olan hərəkətlər) ya yox olmuş ya da azalmışdır. Ayrıca, mədə ilə yemək borusunun birləşmə yerindəki qapaq (sfinkter) kifayət qədər boşala bilmir.
 
ƏLAMƏTLƏR:
- Qidalara qarşı gedərək artan bir udma çətinliyi;
- Qidalar çətinliklə mədəyə keçir;
- Sinə ağrısı;
- Çəki itkisi;
- Udulan qidaların həzm edilmədən təkrar ağıza gəlməsi;
- Stress vəziyyətində və ya soyuq qidaların qəbulu ilə artan şikayətlər.
 
MÜALİCƏ:
- Dərman müalicəsi;
- Botox inyeksiyası;
- Balon ilə genişlətmə (Pnevmatik dilatasiya);
- Cərrahi müalicə (Laparoskopik ).
 
DƏRMAN MÜALİCƏSİ
Yan təsirləri və müalicəylə qısa müddətli effektəldə edilməsi səbəbiylə nadirən istifadə edilir.
 
BOTOX İNYEKSIYASI
Təsir müddəti 6 aydan qısadır. Bu səbəblə endoskopik müdaxilələrin və əməliyyatın çox riskli olduğu yaşlı xəstələrdə istifadə edilmələri uyğundur.
 
BALON İLƏ GENİŞLƏTMƏ (PNEVMATİK DİLATASİYA)
Dərman müalicəsi və Botox inyeksiyasından daha müvəffəqiyyətlidir.
 
40 yaş altındakı xəstələrə tətbiq olunduqda xəstəliyin yenidən ortaya çıxma şansı yüksəkdir. Çünki gənclərdə elastik toxumanın möhkəmliyinə bağlı olaraq müvəffəqiyyətli bir genişləndirmə reallaşdırılması çətindir.
 
Nadir hallarda proses zamanı yemək borusunda dəlinmə meydana gələ bilər. Bu vəziyyət həyatı təhdit etdiyi üçün çox təcili cərrahi müdaxilə tələb oluna bilər.
 
CƏRRAHİ MÜALİCƏ.
Laparoskopik (Qapalı) Cərrahiyyə:
- Əməliyyat ümumi anesteziya altında aparılır;
- 2 - 3 həftə davam edən bir pəhriz dövrü vardır;
- Müvəffəqiyyət şansı yüksəkdir (% 95).