Tibbi Məlumatlar

Elastometriya müayinəsi

Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:
1. Bütün yaş qruplarına tətbiq edilir;
2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur;
3. Müayinə dəri tamlığını pozmadan icra olunur;
4. Bütün çəki qruplarına aid edilir;
5. Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar;
6. Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur;
7. Heç bir əks göstərişi yoxdur.

Prosedur necə aparılır?
Xəstəni xüsusi hazırlamağa ehtiyac olmadan çox qısa müddətdə müayinə aparılır. Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz ELASTOMETRİYA müayinəsindən keçir. 
Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.