Tibbi Məlumatlar

Süd vəzilərinin ultrasəs müayinəsi

Süd vəzilərinin USM-si süd vəzi xəstəliklərinin diaqnostikasında müasir,zərərsiz və ağrısız metoddur. USM prosedurası heç bir hazırlıq tələb etmir,döş nahiyyəsində bütün paltarlar soyundurulur və süd vəzinin ölçüsündən asılı olaraq müxtəlif vəziyyətlərdə(uzanıqlı,oturaq,ayaqüstü-bütün hallarda əllər baş arxasında)aparılılr.


Ən çox qarşılaşdığımız süd vəzi problemlərini bu cür sadalaya bilərik:
-Şişkinlik
-Ağrı və həssaslıq
-Axıntı
-Məmə başının içəri doğru çökməsi
-Dəridə dəyişikliklər

Əgər sizdə bu problemlərdən biri varsa həmən panikaya düşməyin,mütləq müayinə olunun.

Süd vəzisinin ultrasəs müayinəsinə göstərişlər:

1.Uşaqlarda,yeniyetmələrdə,qadınlarda planlı şəkildə müayinənin aparılması.
2.Artıq diaqnozu qoyulmuş qadınlarda xəstəliyin təsdiqi.
3.Silikon süd vəzi protezlərinin qiymətləndirilməsi.
4.Kİşilərdə döş vəzinin müayinəsi.
5.Hamilələrdə və süd verən analarda süd vəzilərinin müayinəsi.
6.Predmenopauzal dövrdə mamoqrafiya ilə yanaşı USM-in aparılması.

Hal hazırda qadınların profilaktik məqsədlə ildə 1 dəfə USM keçməsi artıq dünyada qəbul olunub.

USM zamanı rast gəlinən xəstəliklər:
1.Mastopatiya-süd vəzi toxumasının xoşxassəli dəyişikliyidir ,əsasən hormonal disbalans zamanı rast gəlinir.
2.Mastit-süd vəzilərinin iltihabi xəstəliyidir,daha çox süd verən analarda rast gəlinir.
3.Süd vəzinin absesi-süd vəzi toxumasında irininin məhdud nahiyyədə toplanmasıdır,əsasən mastitdən sonra rast gəlinir.
4.Kista-sağlam toxumada yerləşir,qalın divarlı,maye möhtəviyyatlı olur.
5.Fibroadenoma-süd vəzinin xoşxassəli törəməsidir.
6.Süd vəzi xərçəngi
7.Kişilərdə ginekomastiya-döş vəzinin böyüməsidir,hormonal disbalansın nəticəsində yaranır.