Tibbi Məlumatlar

Hepatit "C"

Qaraciyər hüceyrələrinin hepatit “C” virusu ilə iltihabı zədələnməsinə “C” viruslu hepatit deyilir.
Təəsüf ki, bu xəstəliyin yoluxması və kəskin mərhələsi əksər hallarda gizli keçir. Xroniki
mərhələyə keçdiyi zaman xəstəlik nəinki qaraciyəri, hətta bədəin başqa üzvlərini də zədələyir və
təhlükəli nəticələrə gətirib çıxarır.
“C” hepatit virusu ilə əsasən qan və qan məhsulları ilə təmasda olmaqla yoluxma mümkündür.
Bu aşağıdakı hallarda müşahidə olunur:

  • Qanköçürmə;
  • Cərrahi əməliyyatlar və manipulyasiyalar;
  • Efferent qan “təmizləmə” üsulları (plazmaferez, hemosorbsiya, hemodializ);
  • Diş həkimində müalicə;
  • Ginekoloji müayinələr və manipulyasiyalar;
  • Narkotik maddələrin damar daxili qəbulu;
  • Pirsinq, tatuaj;
  • Manikür və pedikür;
  • “C” virus hepatiti olan və sağlam şəxslərin məişətdə şəxsi gigiyena alətdərindən birgə
  • istifadəsi.

Insanın cinsi yol ilə yoluxma ehtimalı çox azdır.
Ilk növbədə xəstəliyin yayılmasının qarşısını almaq üçün köçürülən qanın ciddi nəzarəti və
yoxlanması gərəkdir. Cərrahiyyə, manikür və pedikür, tatuaj və pirsinq alətlərinin, plazmaferez
və hemodializ aparatlarının düzgün sterilizasiyası da yoluxma ehtimalını azaldır.
Məişətdə ailə üzvlərinin bir-birindən yoluxmasının qarşısını almaq üçün xəstənin şəxsi gigiyenas
alətlərinin (ülgüc, manikür alətləri, diş fırçası) ayrılması kifayətdir.
“C” virus hepatitinin yoluxma yolu qandan qana olmasına görə müəyyən qaydalara riayət
edildiyi halda cərrahi müdaxilə etməyən heç bir peşə sahibi ətrafdakılar üçün təhlükəli deyil.
Bütün dünyada təqribən 200 milyondan artıq “C” virus hepatitli xəstə var. Xəstəliyin kəskin
mərhələdən sonra 80-85% hallarda xroniki formaya keçir. Kəskin “C” virus hepatiti əksər
hallarda əlamtsiz və ya az əlamətlərlə keçir. Bu da xəstəliyin yayılmasına səbəb olur.
Deyildiyi kimi, “C” virus hepaiti uzun müddət heç bir əlaməti olmadıqda inkişaf edə bilər. Bu
xəstəliyi aşkar etmək üçün hə bir insan cərrahiyyə əməliyyatların, qan köçürmə və yoluxmanın
başqa səbəblərinin olduğu zaman hepatit viruslarına görə ilkin yoxlanmadan keçməlidir. Bu
zaman qanda anti-HCV yoxlanılır.