Tibbi Məlumatlar

Parazitoloq

Bir çox hallarda orqanizmin fəaliyyətində müxtəlif pozulmalarla üzləşən insan hansı həkimə müraciət edəcəyini bilmir.

Ali tibbi təhsili olmayan insan xəstəliyin simptomlarını ayird edə bilməz və, təbii ki, xəstəliyi dəqiq (hətta təxmini) diaqnozunu qoya bilməz. Bir çox xəstəliklərin simptomları bir-birinə bənzəyir, bəzən hər hansı bir xəstəlik özünün ilk baxışdan bu xəstəliyə uzaq olan simptomlarla büruzə verir. Bu səbəbdən də, sırf ixtisaslaşmış həkimlərə müraciət etmək lazımdır.

Həkim parazitoloq – müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəlikləri müalicə edir.

Parazitlər müalicə olunmadıqda ağır nəticələr verə bilər. Sağlamlığımıza laqeyd qalmayaq.

2003-cü ildən çalışan və klinikamızla əməkdaşlıq edən həkim mikrobioloq Dr. Arzu Eyyubovaya müraciət edə bilərsiniz.