Tibbi Məlumatlar

Klinikamızda növbəti maraqlı əməliyyat icra edilmişdir!

Klinikamızda növbəti maraqlı əməliyyat icra edilmişdir. 42 yaşında pasient həm sidik saxlamazlığı, həm də anal nahiyədə kəskin ağrıların olmasından əziyyət çəkirdi. Müayinə nəticəsində “Stress sidik saxlamazlığı. Anal çat. Anal sfinkterin spazmı” diaqnozu qoyulmuşdur. Xəstəyə ”TOT əməliyyatı (yani sidik kanalının altına Uroslinq torunun yerləşdirilməsi). Vaginoplastika. Daxili lateral sfinkterotomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstənin ağrıları keçmiş, sidik saxlamazlığı aradan qaldırılmış və eyni zamanda uşaqlıq yolu doğuşdan əvvəlki vəziyyətə gətirilmişdir. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə evə yazıldı və normal həyat tərzinə qayıtdı. Əməliyyat müddəti 40 dəq. Oper. t.ü.f.d. A.Hüseynzadə. Əməyi keçən hər kəsə təşəkkür edirik.