Tibbi Məlumatlar

Uşaqlıq sallanması əməliyyatı

67 yaşında pasient 10 ilə yaxındır ki, uşaqlığın sallanmasından əziyyət çəkirdi. Müayinə zamanı məlum oldu ki, uşaqlıq tam şəkildə xaricə çıxmışdır. POP-Q təsnifatı üzrə: Ba-4C+5Bp-1. Pasientə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir. "Uroslinq-1" toru vasitəsi ilə uşaqlıq sakrospinal bağlara fiksasiya edilmişdir. Əməliyyatdan sonra uşaqlığın sallanması uşaqlıq xaric edilmədən tam şəkildə aradan qaldırılmışdır. Əməliyyat müddəti: 40 dəqiqə. Əməliyyat ümumi cərrah T.Ü.F.Dr. Aynur Hüseynzadə tərəfindən icra edilmişdir. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə və razılıq hissiyyatı ilə evə yazılmışdır.