Tibbi Məlumatlar

Klinikamızda daha bir əməliyyat uğurla icra edilmişdir!

Klinikamızda növbəti çanaq dibinin rekonstruktiv əməliyyatı uğurla icra edilmişdir. 30 yaşında pasient bir doğuşdan sonra uşaqlığın tam sallanması və sidik saxlamazlığından əziyyət çəkirdi. Pasient uşaqlıq yolunda yad cism hissiyyatı, qarnın aşağı hissələrində ağrı, həmcinin dispareuniya (cinsi əlaqə zamanı ağrı), qəbizlik və asqırma, öskürmə zamanı sidik qaçırması şikayətləri ilə daxil olmuşdur. POP-Q təsnifatı üzrə: Aa-1Ba- 5C+3Bp-2. Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir: Uroslinq-1 toru vasitəsilə uşaqlığın sakrospinal bağlara fiksasiyası, vaginoplastika və TOT əməliyyatı (yəni sidik kanalının altına Uroslinq torunun yerləşdirilməsi) icra edilmişdir. Əməliyyat uşaqlıq yolundan icra edilmiş və uşaqlıq xaric edilmədən uşaqlığın sallanması və sidik qaçırma aradan qaldırılmışdır. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə evə yazıldı və normal həyat tərzinə qayıtdı. Qeyd edək ki, bu əməliyyatdan sonra hamiləlik mümkündür. 

Əməliyyat müddəti 1 saat 10 dəqiqə.

Oper. t.ü.f.d. A.Hüseynzadə.