Tibbi Məlumatlar

Klinikamızda daha bir uğurlu çanaq dibi əməliyyatı icra edilmişdir!

Klinikamızda daha bir uğurlu çanaq dibi əməliyyatı icra edilmişdir. 73 yaşında pasient bir neçə il öncə uşaqlığın sallanması ilə əlaqədar uşaqlığın ekstirpasiyası, yani tam şəkildə xaric edilməsi əməliyyatına məruz qalmışdır. Lakin qısa müddətdən sonra xəstədə həm uşaqlıq yolu, həm də sidik kisəsinin sallanması baş vermişdir. Bununla əlaqədar klinikamıza müraciət etmışdir. Qeyd edək ki, sidik kisəsinin IV dərəcəli sallanması olduğundan pasientin sidik ifrazı çox çətinliklə baş verirdi. Pasientimiz müayinə olunduğu zaman onda uşaqlıq yolunun posthisterektomik sallanması, sidik kisəsinin sallanması, düz bağırsağın sallanması diaqnozu qoyulmuşdur. 

POP-Q təsnifatı üzrə: Ba+5C+3Bp-1. Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir: Uroslinq-1 toru vasitəsilə uşaqlıq yolunun güdülünün sakrospinal bağlara fiksasiyası, uşaqlığın ön divarının "Ön pelviks" toru vasitəsilə alloplastikası, arxa kolporafiya icra edilmişdir. "Ön pelviks" toru sidik kisəsinin üzərində yerləşdirərək ön ayaqcıqları Urofiks TO alətləri vasitəsilə obturator dəliklərdən, arxa ayaqcıqları isə Urofiks PL vasitəsilə sakrospinal bağlara fiksə edildi. Əməliyyatdan sonra sidik ifrazı tam şəkildə düzəlmiş və sallanmalar aradan qaldırılmışdır. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə və razılıq hissiyyatı ilə evə yazıldı.