Tibbi Məlumatlar

Ən yaxşı yuxu pozası – yan yatmaqdır!

Aparılan bir tədqiqatda yan yataraq yuxuya getməyin ən yaxşı beyin təmizləmə pozası olduğu göstərilir. Elmi araşdırmalara görə yuxunun psixoloji və fizioloji sağlamlığımızda əhəmiyyətli rol oynadığını göstərir. İstərsə siçanlarda, istərsə də insanlarla aparılan təcrübələr əksik və ya qeyri-müntəzəm yuxunun uzun zaman sonra diabet, qan-damar, qaraciyər xəstəlikləri və degenerativ xəstəliklər kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu göstərilir. Orqanizmdə artıq maddələrin uzaqlaşdırılmasını təmin edən sistemlərdən qısaca bəhs edək.

Limfa sistemi: İnsan bədənində molekulyar tullantıların atılmasına cavabdeh qoruyucu bir sistemdir. Bu sistem ayaqlardan başlayır və başda qan-beyin baryerinə çox yaxın bir nöqtədə sonlanır. Limfa sistemi beyinə girmədiyi üçün beyindəki tullantı maddələrin atılmasında çox böyük rol oynamır.

Glymphatic Sistem: Bir neçə il əvvəl beyindəki tullantı maddələrin uzaqlaşdırılmasına cavabdeh, qlial hüceyrələrdən əmələ gələn Glymphatic Sistem adı verilən ikinci bir sistem də olduğu kəşf edildi. Bu sistemdə olan hüceyrələrin yuxu əsnasında 10 qat daha çox aktivləşərək beyindəki molekulyar tullantıların 95%-ni yuxu zamanı atdığı təsbit edildi.

 

 

Gecə yuxu zamanı nə baş verir?

Gündüz metabolik fəaliyyətlərin nəticəsində beyində yaranan molekulyar tullantılar gecə yuxusu zamanı Glial hüceyrələrin həcmlərinin 60% kiçildərək kanalların sıxlaşmasına və bununla əlaqədar daha çox tullantı maddələrin beyindən xaricə atılmasına səbəb olur. Beyin təmizlənməsi olaraq adlandırılan bu prosesin sonunda səhər yuxudan dincəlmiş olaraq oyanırıq.

Bu mövzu ilə əlaqəli Stony Brook Universiteti tərəfindən aparılmış olan araşdırma istər yatarkən, istərsə də narkoz verilərkən edilən bayıltmalarda Glymphatic sistemdə olan kanalların yan yataraq yuxu pozasında daha çox açıldığını göstərir. Daha çox açılan kanallar isə tullantı maddələrin həm daha sürətli, həm də daha çox beyindən xaric olmasına şərait yaradır.

Nəticə

Qanına kontrast maddə verilərək müxtəlif yuxu pozalarda yatızdırılan siçanların çəkilən MR görüntülərində beyin təmizləmə üçün ən uyğun pozanın yan (bir tərəfi üstə) yatma pozası olduğu göstərilir. Bundan başqa Alzheimere (Alçqeymer) və Parkinson xəstəliyinə səbəb olan Beta-Amiloid və Tau-Proteinləri daha çox yan yataraq yatma pozasında daha əhəmiyyətli bir şəkildə xaric edilir.