Tibbi Məlumatlar

Klinikamızda daha bir uğurlu əməliyyat icra edilmişdir!

Klinikamızda daha bir uğurlu əməliyyat icra edilmişdir. 59 yaşında pasient bir neçə il ərzində sidik ifrazının qeyri-adekvat olması, sidiyə tez-tez getməsi, sidik kisəsinin tam şəkildə boşaldılmaması hissiyyatı, uşaqlıq yolunda yad cism hissiyyatı, həmçinin babasil düyünlərinin xaricə çıxması və qanamasından əziyyət çəkirdi. Pasientimiz müayinə olunduğu zaman onda uşaqlığın sallanması, sidik kisəsinin sallanması, düz bağırsağın sallanması, qanayan babasil diaqnozu qoyulmuşdur. POP-Q təsnifatı üzrə: Ba+2C+3Bp-1. 

Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir: Uroslinq-1 toru vasitəsilə uşaqlığın sakrospinal bağlara fiksasiyası, uşaqlığın ön divarının  «Ön pelviks» toru vasitəsilə alloplastikası, arxa kolporafiya icra edilmişdir. « Ön pelviks» toru sidik kisəsinin üzərində yerləşdirərək ön ayaqcıqları Urofiks TO alətləri vasitəsilə obturator dəliklərdən, arxa ayaqcıqları isə Urofiks PL vasitəsilə sakrospinal bağlara fiksə edildi. Bununla da uşaqlıq xaric edilmədən normal anatomiya bərpa edildi. Həmçinin hemorroidektomiya əməliyyatı icra edildi. Əməliyyatdan sonra xəstədə sidik ifrazı tam şəkildə normallaşdı, şikayətlər aradan qaldırıldı. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə evə yazıldı.