Tibbi Məlumatlar

Klinikamızda növbəti əməliyyat uğurla icra edilmişdir!

Klinikamızda növbəti əməliyyat uğurla icra edilmişdir. 28 yaşında xəstədə keçirdiyi iki hamiləlik və iki doğuşdan sonra uşaqlığın sallanması baş vermişdir. Pasient uşaqlıq yolunda yad cism hissiyyatı, qarnın aşağı hissələrində ağrı, həmçinin dispareuniya (cinsi əlaqə zamanı ağrı), qəbizlik şikayətləri ilə daxil olmuşdur. POP-Q təsnifatı üzrə: Ba-3C+2Bp- 2. 

Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir. Uroslinq-1 toru vasitəsilə uşaqlığın sakrospinal bağlara fiksasiyası, uşaqlığın ön divarına Xolsted tikişlərinin qoyulması, arxa kolporafiya icra edilmişdir. Əməliyyat uşaqlıq yolundan icra edilmiş və uşaqlıq xaric edilmədən uşaqlığın sallanması aradan qaldırılmışdır. Bir gündən sonra pasientimiz evə yazılmışdır. Qeyd edək ki, bu əməliyyatdan sonra hamiləyin olması mümkündür. Əməliyyat ümumi cərrah Oper. T. Ü. F. Dr. Aynur Hüseynzadə tərəfindən icra edilmişdir.