Tibbi Məlumatlar

Klinikamızda daha bir maraqlı əməliyyat icra edilib

Klinikamızda daha bir maraqlı əməliyyat icra edilib. 45 yaşında pasient klinikamıza uşaqlığın sallanması və xaricə çıxması, uşaqlıq yolunda törəmə, qarnın aşağı hissəsində ağrı, qəbizlik şikayətləri ilə daxil olmuşdur. Müayinələr zamanı xəstəyə uşaqlığın sallanması, düz bağırsağın sallanması, uşaqlıq yolunun ön divari ilə sidik kisəsi arasında olan sist aşkarlanmışdır. POP-Q təsnifatı üzrə: Ba-2C+3Bp- 1.

Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir. Əvvəlcə uşaqlıq yolunun ön divarı ilə sidik kisəsi arasında olan bartolin sisti tamlığı pozulmadan xaric edilmişdir. Uroslinq-1 toru vasitəsilə uşaqlığın sakrospinal bağlara fiksasiyası, uşaqlığın ön divarına Xolsted tikişlərinin qoyulması, arxa kolporafiya icra edilmişdir. Əməliyyat uşaqlıq yolundan icra edilmiş və uşaqlıq xaric edilmədən uşaqlığın sallanması aradan qaldırılmışdır. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə evə yazıldı. Əməliyyat müddəti 1 saata 20 dəq. Oper. t.ü.f.d. A.Hüseynzadə.