Tibbi Məlumatlar

Klinikamızda daha bir əməliyyat uğurla icra edilmişdir!

Klinikamızda daha bir əməliyyat uğurla icra edilmişdir!

40 yaşında xəstə bir neçə ildir ki, uşaqlıq sallanmasından əziyyət çəkirdi. Pasient uşaqlıq yolunda yad cism hissiyyatı, qarnın aşağı hissələrində ağrı, həmcinin dispareuniya (cinsi əlaqə zamanı ağrı), qəbizlik şikayətləri ilə daxil olmuşdur. Müayinə zamanı uşaqlığın sallanması (III dərəcə), sidik kisəsinin sallanması (II dərəcə), düz bağırsağın sallanması (II dərəcə) diaqnozu qoyulmuşdur.

POP-Q təsnifatı üzrə: Ba-2C+3Bp- 1.

Xəstəyə çanaq dibinin rekonstruktiv cərrahiyyə əməliyyatı icra edilmişdir: Uroslinq-1 toru vasitəsilə uşaqlığın sakrospinal bağlara fiksasiyası, Xolsted tikişləri ilə ön kolporafiya, arxa kolporafiya icra edilmişdir.

Beləliklə, növbəti xanım pasientimizə orqansaxlayıcı əməliyyat icra edilmişdir. Bir gündən sonra pasientimiz kafi vəziyyətdə evə yazılmışdır.

Əməliyyat müddəti: 1 saat 10 dəqiqə.

Oper. t.ü.f.d. A.Hüseynzadə.