Tibbi Məlumatlar

Uşaq stomatologiyası

Stomatoloq dedikə ilk yada düşən iynə ,qorxu, ağrı və həyacandır. Bu qorxu isə bizə uşaq vaxtından ilk stomatoloqa getməyimizdən asılı olaraq dəyişir. Uşağın ilk həkimə gəlişində aldığı təsuratdan asılı olaraq gələcəkdə onda formalaşan qorxu həyacan hissi və ya müsbət emosiya  formalaşır. Bu baxımdan valideyinlər övladlarının ağız boşluğunun higiyenasına, dişlərin sağlamlığına, diş qüsürlarına diqqətlə fikir verməli və 6 ay dan bir stomatoloqun müayinəsinə aparmalıdırlar.

Müasir valideyinlər övladlarının dişlərinin çıxdığı ilk günündən etibarən uşaqlarının ağız boşluğu sağlamlığını düşünür.

"Grand Hospital"-ın yüksək ixtisaslı stomatoloq komandası hər bir xəstəyə individual yanaşaraq problemləri ən müasir metodlarla həssaslıqla aradan qaldırırlar.

Bizim uşaq stomatoloqlar yüksək ixtisaslı olmaqla yanaşı həm də çox yaxşı psixoloqlardı. Onlar müalicədən öncə sizin övladlarınızı müalicə proseduruna psixoloji adaptasiya olunmaları üçün həkimdən qorxu hissini götürməsinə kömək edirlər. Uşaqlar öz həkimləri ilə dost olurlar və stomatoloqa gəlmək onlar üçün bir əyləncəyə çevrilir. Ona görə də  müalicə prosesi sizin övladlarınız üçün ağrısız və qorxmadan keçir.

Süd dişlərinin ağrısız çəkilməsi, dodaq və dilin yüyənlərinin kəsilməsi və başqa ağız cərrahiyyəsinin klinikamızın üz-çənə cərrahı tibb elmləri üzrə fəlsəfə doktoru Dr. Hüseyn Hüseynzadə həyata keçirir

Diş sırasında olan qüsurları breket, xüsusi kappalar və plastinkalarla bərpası, estetik problemlərin bərpası ilə klinikamızın ortodontu, estetik stomatoloq Dr. Xəyal Səmədov öz pozitivliyi ilə sizin övladlarınıza diş həkimliyini əyləncəli bir iş olduğunu göstərir.

Cəmiyyətimizdə uşaq stomatologiyası haqqında  yalnış təsəvvürlər formalaşmışdır. Valideyinlərin bizə dediklə fikirlərin bir neçəsi ilə sizi tanış etmək istərdik

•  Süd dişlərini müalicə etməyə ehtiyyac yoxdur, onsuzda daimi dişlərlə əvəz olunacaq.

__  Süd dişlərində olan xəstəliklə və başqa problemlər nəticəsində çox vaxt daimi dişlərə də keçə bilər, bu da öz növbəsində gələcəkdə daimi dişlərin formalaşmasını poza bilər, dişlərin rənginin dəyişməsinə səbəb ola bilər

•   Uşaq sişlərini istənilən stomatoloq müalicə edə bilər.

___ Bu dayanlış bir fikirdir.  Çünki uşaq stomatologiyası stomatologiyanın xüsusi bir sahəsidir hansı ki uşaq stomatoloqu uşaq orqanizmi, onların xüsusiyyətlərini və uşaq psixalogiyasını yaxşı bilməlidirlər, uşaqlara xas dərman preparatları, onların dozaları və xüsusi alətlərdən istifadə etməlidirlər.

•   Kariyesli dişləri müalicə etmək lazım deyil. Ən yaxşı bu dişləri çəkmək lazımdır, boş qalan yerlərə onsuz da daimi dişlər çıxacaq

---  Artıq təsdiq olunmuşdur ki, süd dişlərin erkən çəkilməsi  çox ciddi fəsadlara gətirib çıxarır. Beləki erkən diş çəkildikdə dişin yerində qalmış boşluğu doldurmaq üçün qonşu dişlər o boşluğa doğru əyilir , bu da öz növbəsində daimi dişlərin vaxtında və öz yerində çıxmasına mane olur və diş sırasında əyriliklərə, nitq qüsuruna və ağır formalarda üç-çənə və dişləm deformasiyalarının yaranmasına səbəb olur. Buna görədə dişlərdə kariyes olduqda mütləq olnar müalicə olunmalıdır.

•  Uşaqları diş həkimləri ilə, iynə vurmaqla  qorxudulması.

--- Əksinə uşaqlara diş həkiminə getməyin ağrısız və əyləncəli olmasını aşılamaq lazımdır.

Bizim stomatoloqlar sizin övladlarınıza həssaslıqla yanaşaraq onların fiziki sağlamlığının qorunması üçün müalicənin müasir metodlarla keyfiyyətli aparılmasına  çox diqqət yetirirlər və həmçinin növbəti stomatoloqa müraciət edən zaman psixoloji hazırlığı onlara aşılayırlar.

Biz yaxşı bilirik ki, uşaq vaxtından stomatoloqdan alınmış müsbət emosiya onun psixikasına yaxşı təsir edərək böyüdükdən sonra da həkimə müraciət etdikdə də qorxu baryeri olmur. Ona görə də bizim yüksək ixtisaslı həkimlərimiz müalicə prosesində uşaqlara  cizgi filimləri seyr edərək, onlarla əyləncəli oyunlar keçirərək müalicə prosesini komfortlu edib, balaca pasiyentlərimizdə müsbət emosiya yaradırıq.

Pasiyentlərimizə sağlam təbəssüm və pozitiv həyat arzulayırıq!