Tibbi Məlumatlar

Qastro-Ezofageal Reflyuks xəstəliyi (mədə və qida borusunda yanma)

Qastro-Ezofageal Reflyuks Xəstəliyi Nədir?

Normal hallarda həzm sistemindəki qidaların hərəkət yönü ağızdan qida borusuna, oradan da mədəyə və sonrasında bağırsaqlara doğrudur. Reflyuks, mədə möhtəviyatının hərhansı bir zorlama olmadan geriyə doğru, yəni qida borusuna qaçmasıdır. Bu vəziyət hər zaman xəstəlik olaraq qəbul edilməməlidir, fiziyolojik olarak da baş verə bilər. Lakin bu hallar bir insanda şikayət yaradacak qədər tez-tez olursa (həftəde 2 dəfədən çox) o zaman bir xəstəlikdən - qastro-ezofageal reflyuks xəstəliyindən bəhs etməyimiz lazımır.

Sizdə reflyuks xəstəliyi varmıdır?

Mədənizdən döş qəfəsi boyunca yüksələn yanma hissi varsa, vəya

Ağzınıza acı-turş, su gəlirsə, vəya

Səs batıqlığı, farengit, larengit varsa, vəya

Öskürək- müalicəyə cavab verməyən astma probleminiz varsa

Reflyuks xəstəsi olma ehtimalınız çox yüksəkdir.

Bu Xəstəlik Niyə Meydana gəlir?

Xəstəliyin meydana gəlməsində bir çox səbəb ola bilər. Bəzən mədə ilə qida borusu arasında qapaq vəzifəsi görən əzələlər hər hansı bir səbəb olmadan boşalıb açıla bilər. Sonrasında da mədə möhtəviyatının qida borusuna qaçmasına bağlı olaraq şikayətlər meydana gəlir. Bəzi zaman da əmələ gəlmiş olan bir mədə yırtığı, qapağın işinə mane olur. Reflyuksa səbəb olan daha başqa bir çox faktor vardır. Hansı səbəbdən olursa olsun, buradakı əsas problem, mədə turşusunun səhv bir mühitə doğru keçişi və oradakı hüceyrələri təxrib etməsindən ibarətdir. Sanıldığı kimi mədədəki turşu miqdarı yüksək səviyyələrdə deyil. Turşu miqdarı normaldır, amma olduğu yer səhvdir.

Qida borusundakı Dəyişikliklər Hər kəsdə Oxşar Şəkildə Mi seyr edir?

Xəstəlik müxtəlif formalarda ortaya çıxa bilər. Əksəriyyətlə "qeyri eroziv" dediyimiz şəkli ilə qarşılaşmaqdayıq. Bu sıx görülən tipdə, intensiv şikayətlərə baxmayaraq endoskopik incələmələrdə yemək borusunda gözlə görülər bir patologiya təsbit edilə bilməməkdədir. Belə bir halda endoskopiya xaricindəki diaqnostika metodlarına müraciət edilməlidir.

"Eroziv" tipdə isə yemək borusunda gözlə görülən yaralar (xoralar) meydana gəlməkdədir. Bu vəziyyətin dərhal müalicə edilməsi lazımlıdır. Əks təqdirdə daha ciddi problemlərlə qarşı-qarşıya qalına bilər.

"Barrett" meydana gəlmiş üçüncü tip reflyuks xəstəliyində isə, yemək borusunda turşuya məruz qalmış hüceyrələrin şəkil dəyişdirmiş olduqları görülür. Hüceyrələrin öz xüsusi şəkillərini tərk edib fərqli bir hal almaları (yəni Barrett meydana gəlməsi), istənməyən bir vəziyyətdir və yemək borusunda xərçəng inkişafı baxımından riskin artdığına dair işarədir.

Xəstəliyin Diaqnozu Necə qoyulur?

Diaqnoz üçün ən əhəmiyyətli nöqtələrdən biri xəstənin şikayətlərinin həkim tərəfindən ətraflı olaraq ələ alınmasıdır. Çünki reflyuks ile qarışabilen fərqli xəstəliklər olduğu kimi, xəstədə reflyuksun yanında ikinci bir həzm sistemi problemi də ola bilər. Bundan sonrakı mərhələlərdə endoskopik baxış, pH-metr, impedans, manometriya kimi xüsusiləşmiş tədqiqlərdən biri və ya bir neçəsi tətbiq olunaraq diaqnoza gedilə bilər.

Reflyuks Xəstəliyinin müalicəsi nədir?

Reflyuks xəstəliyinin müalicəsində sadə tədbirlərdən başlayan və cərrahi müdaxiləyə qədər dəyişən fərqli variantlar mövcuddur.

Sadə tədbirlər: Yataq başının yüksəldilməsi, reflyugenik olduğu bilinən yemək və içkilərdən uzaq dayanılması (portağal suyu, pizza, kolalı içkilər və s.), çox sıx geyimlərin istifadə edilməməsi kimi mövcud bir çox tədbir, yüngül səviyyədə reflyuksu olan xəstələrə təsirli ola bilər.

İkinci seçim dərman müalicəsidir. Qısaca PPI (proton pompa inhibitorları) deyə bilinən dərmanlar turşu ifrazını güclü bir şəkildə azaldaraq şikayətlərin aradan itməsinə səbəb olurlar. Ancaq dərman müalicəsi davamlı bir istifadə tələb edir. Dərmanın buraxılması şikayətlərin yenidən ortaya çıxaraq xəstəliyin residivinə səbəb olur.

Reflyuks xəstəliyinin müalicəsindəki ən əhəmiyyətli seçimlərdən biri əməliyyatdır. Əlbəttə arzulanan bu təşəbbüsün laparoskopik üsulla, yəni qapalı cərrahı ilə edilməsidir. Laparoskopik cərrahı ilə mədənin üst hissəsi, qida borusunun alt ucuna ətraflı sarılaraq tikilir, beləliklə reflyuksun önünə keçilir.