Tibbi Məlumatlar

Qalxanabənzər vəzi (tiroid) xəstəlikləri

Dünyada təxminən 200 milyon insanda qalxanabənzər vəzi xəstəliyi var. Ancaq, nə yaxşıdır ki, hal-hazırda bu xəstəliklərin bir çoxunun müalicəsi mümkündür. Müalicə edilməmiş qalxanabənzər vəzi xəstəlikləri isə ciddi və qalıcı problemlərə səbəb ola bilər. Xalqın bu mövzuda məlumatlı olması şəxsləri və ailələrini qalxanabənzər vəzi xəstəliklərinin şikayətləri mövzusunda oyanıq olmalarını təmin etməkdədir. Bu vəziyyətdə, xəstələr ən kiçik bir şübhədə birbaşa həkimləri ilə təmasa keçərək, erkən dövrdə xəstəliyin nəzarət altına alınmasını təmin edə bilərlər.

Qalxanabənzər vəzi boynun orta xəttində, Adəm alması deyə adlandırılan qığırdaq çıxıntının altında yer alan, kəpənək şəklində, kiçik bir vəzdir. Sadəcə 25 qram ağırlığında olmasına baxmayaraq ifraz etdiyi hormonlar ilə böyümə və inkişafda təməl rol oynamaqdadır. Qalxanabənzər vəzi, 'bütün bədən funksiyalarının təşkilatçısı' olaraq da adlandırılır. Bu xəstəlik ölkəmiz üçün endemik zonadır. Qalxanabənzər vəzi xəstəliklərinin çoxu qadınlarda daha tez-tez görülür.

Qalxanabənzər vəzi xəstəliyi fərqli şəkillərdə, fərqli şikayətlərlə ortaya çıxa bilməkdədir. Qalxanabənzər vəzi xəstəliklərinin çoxunda xəstələr ya 'hipotiroidizm – vəzin qeyri-kafi çalışması' ya da 'hipertiroidizm – vəzin həddindən artıq çalışması'ndan qaynaqlanan şikayətlərlə gəlirlər.

"ZOB" VƏ YA GUATR NƏDİR?

Qalxanabənzər vəzi böyüməsi 'zob' vəya guatr olaraq adlandırılır. Guatr, hər zaman xəstəlik mənasını vermir. Yetkinlik çağında və hamiləlikdə qalxanabənzər vəzi böyüye bilər. Bu tip böyümələr 'fiziolojik böyümələr' olaraq adlandırılır və xəstəlik olaraq qəbul edilmir.

QALXANABƏNZƏR VƏZİ DÜYÜNÜ NƏ DEMƏKDİR?

Qalxanabənzər vəzi düyünləri, vəzdə bəzən şişlik ilə özünü göstərən, olduqca sıx görülən və müalicəsi mümkün olan bir haldır. Düşük nisbətdə da olsa, bəzi düyünlər xərçəng hüceyrələrindən meydana gələ bilər. Bu səbəblə, bütün düyünlər mütləq incələnməlidir.

QALXANABƏNZƏR VƏZİ XƏSTƏLİYİ OLAN BİR ŞƏXSDƏ HANSI ŞİKAYƏTLƏR OLUR?

Qalxanabənzər vəzi xəstəliyi olan bir şəxs 'hipotiroidizm - azalmış tiroid hormonu istehsalı' və 'hipertiroidizm - həddindən artıq tiroid hormonu istehsalı' edən hallardan irəli gələn şikayətlər ilə müraciət edə bilər. Bunlar:

HİPOTİROİDİZM: 

- halsızlıq, əzələ gücsüzlüyü, yorğunluq;
- soyuğa qarşı dözümsüzlük;
- qalın şişkin dəri;
- qəbizlik;
- zəif və yavaşlamış ürək ritmi.
-xatırlama çətinliyi:

HİPERTİROİDİZM;

- titrəmə;
- əsəbilik, yuxusuzluq;
- çəki itkisi;
- istiyə dözümsüzlük, həddindən artıq tərləmə;
- ishal.
-saç tökülməsi:
- artmış ürək ritmi, çarpıntı.

Qalxanabənzər vəzi xəstəliyi olan bir şəxsdə yuxarıdakı şikayətlərin hamısı bir arada olmaya bilər. Buna görə tiroid xəstəliyi şübhəsi olduğunda mütləq həkimlə məsləhətləşmək lazımdır.

ZƏHƏRLİ ZOB NƏDİR?

"Zəhərli zob" digər adı Hipertiroidizm və ya Tirotoksikoz qalxanabənzər vəzinin həddindən artıq hormon ifraz etməsi ilə ortaya çıxan bir xəstəlikdir. Tirotoksikozun ən sıx səbəbi Graves xəstəliyidir. Basedow Xəstəliyi olaraq da bilinən bu xəstəlik genetik keçid xüsusiyyətinin də olduğu ancaq ailənin hər fərdinin bundan təsirlənmədiyini bilməkdə fayda var.

MÜALİCƏSİ NECƏDİR?

Bu gün üçün 3 fərqli və bir-birindən tamamilə ayrı müalicə üsulu mövcuddur:

Antitiroid dərman müalicəsi - Xəstəliyin alovlanmasını stopladıği kimi cərrahi müalicəyə ya da radioaktiv yod müalicəsinə hazırlamaq məqsədiylə də istifadə edilməkdədir. Bu dərmanları istifadə etməzdən əvvəl, xəstələrin bu dərmanları aylarla-illərlə istifadə etməsinin lazım olduğunu və müalicə kəsildiyində hər iki xəstədən birində xəstəliyin təkrar alovlana biləcəyi mütləq göz önündə saxlanılmalıdır.

CƏRRAHİ MÜALİCƏ = TİROİDEKTOMİYA

- Antitiroid dərman müalicəsinə baxmayaraq təkrarlanan xəstəliyi olan, ya da dərmana bağlı ciddi yan təsir inkişaf edən,

- Böyümüş tiroid vəzi səbəbiylə estetik qayğısı olan,

- Xəstəliyi dərman müalicəsi ilə nəzarət altına alına bilməyən,

- Radioaktiv yod müalicəsini rədd edən,

- Müalicənin dərhal ardından hamilə qalmağı düşünən,

- və uşaq xəstələrə tövsiyə edilir.

Radioaktiv yod müalicəsi - Ağızdan alınan kapsüllerle asan və etibarlı bir müalicə şəkli olması səbəbiylə də Graves xəstələrinə tez-tez təklif edilməkdədir. Kapsulada olan radioaktiv yod sayəsində tiroid bezindeki anormal hormon sintezi azaldıla bilər.

Diqqət ediləcək ən əhəmiyyətli nöqtə - Zəhərli zobu olan xəstə YODSUZ DUZ YEMELİDİR və SİQARET ÇƏKMƏMƏLİDİR.