Tibbi Məlumatlar

Lambliya – Tək hüceyrəli parazitdir

Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissələrində yaşayırlar. Onlar bağırsağın səthinə yapışıb qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sovrulması pozulur. 

Lambliyalar ödün və mədəaltı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır.
Hər kəsin lambliyalara özünəməxsus reaksiyası var. Kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər.

İndiyə qədər insanlarda parazit qurdların törətdiyi xəstəliklərin 250-ə qədər helmint növü aşkar edilib. Onlardan 65-i ölkəmizdə qeydə alınıb. İki növ helmintin – enterobius və himenolepisin yumurtalarının xarici mühitdə inkişafına ehtiyac olmur. Enterobius, yəni uşaq bizquyruğu anusdan çıxdıqdan sonra perianal büküşlərə öz yumurtalarını ifraz edir. 4-5 saatdan sonra həmin yumurtalarda invazion sürfələr yetişir. Beləliklə, gecə yumurtalar ifraz edilərsə, səhər xəstənin ətrafında (aralıq nahiyəsində, əlində, yatağında və s.) tam invazion yumurtalar olur.

Parazit həyat keçirən helmintlər sahibin orqanizminə müxtəlif təsirlər göstərir. Allergiya ilə yanaşı makroorqanizmin immunoloji aktivliyi azalır, bu da fon xəstəliklərin gedişini çətinləşdirir, nəticədə müxtəlif orqan və toxumalar mexaniki zədələnir. Vitamin azlığı və alimentar çatışmazlıq yaranır, orqanizmə qurdun metabolitlərinin rezorbsiyası nəticəsində intoksikasiya baş verir. Bu da invaziyalaşmış insanın fiziki və əqli qabiliyyətinə mənfi təsir göstərir.

Helmintozlarla mübarizə aparmaq üçün kompleks tədbirlər – dehelmintizasiya, yəni invaziyaların müalicəsi çox vacibdir. Hər bir valideyn uşağına qarşı diqqətli olmalıdır. Əgər uşaqda...
– Tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları;
– Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri;
– Bədən çəkisinin yaş normalarından geri qalması;
– İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi;
– Ürəkbulanma, qusma, ağızdan suyun axması;
– İshal və ya qəbizlik;
– Bəzən nəcisdə qurdların və ya onların fraqmentlərinin görünməsi;
– Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları;
– Yuxunun pozulması, yuxuda dişlərin qıcanması.

Lambliozun hansı əlamətləri ola bilər?

Xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, giyişmə, saçların tökülməsi, baş ağrıları olur.

Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəyifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s.
– Askaridlər;
– Tükbaş qurd;
– Lambliya;
– Bizquyruq qurdları;
– Əyribaş qurdlar. Nekator;
– Strongiloid qurdları;
– Şistosomalar;
– Toksokar;
– Trixinella və s.

BU ŞİKAYƏTLƏRİNİZ OLDUĞU HALDA KLİNİKAMIZA MÜRACİƏT EDƏ BƏLƏRSİNİZ!