Tibbi Məlumatlar

“Düyünlü zob” - qalxanabənzər vəzi düyünü (nodülü)

Qalxanabənzər vəzi düyünü vəzdəki regional şişliyə deyilir. Düyünlər tək başına ola biləcəkləri kimi "multinodüler guatr"-da olduğu kimi birdən çox da ola bilər. "Multinodüler guatr" xüsusi ilə yaşlı insanlarda sıxdır və çox halda şikayətsiz seyr edər. Tək düyünlü zob (nodüler guatr) isə cəmiyyətin 5 %-də görülür. Tək düyünlü xəstələrin əksəriyyəti qalxanabənzər vəzində bir problem olduğundan xəbərsizdir. Qalxanabənzər vəzində düyün əmələ gətirən bir çox səbəb var. Bunlardan biri də xərçəngdir. Nadir görülsə də, xərçəng bu səbəblər arasından ən əhəmiyyətli olanıdır.


QALXANABƏNZƏR VƏZİ DÜYÜNÜ TİPLƏRİ:

1. Maye tərkibli (kistik) düyün;
2. Xoş xassəli şiş (adenoma);
3. Xərçəng.
Düyünlü zob olan xəstələrdə qalxanabənzər vəzinin qalan toxuması çoxluqla normal olduğundan vəzin funksiyası normaldır. Xəstələrdə nə hipotiroidizm, nə də hipertiroidizm görülür.

DİAQNOZ
Düyünlər, əsasən, kiçik və ağrısızdırlar və boyunda hər hansı bir təzyiq təsirinə səbəb olmazlar. Xəstələrin əksəriyyəti boyundakı şişliyi fərq etməzlər. Düyünler, ümumiyyətlə, başqa bir narahatlıq səbəbiylə edilən müayinə əsnasında, təsadüfən müəyyən olunurlar.
Müayinədə düyünün sərt olması və düyün olan tərəfdə boyunda böyümüş linfa vəzilərinin ələ gəlməsi xərçəngi düşündürse də əl ilə müayinə tək başına düyünün xarakterini təyin etmədə kafi deyil.
Qalxanabənzər vəzi düyünləri üçün ən əhəmiyyətli testlər ultrasəs müayinəsi və sintiqrafiyadır. Hər iki üsul düyün və düyün ətrafındakı vəzi toxuması haqqında məlumat verir.
Diaqnoz üçün ikinci pillə "biyopsiya"-dır. Düyünlərin histalogiyasını müəyyən etmədə effektiv olan iynə biopsiyası ilə hüceyrə nümunəsi götürlməsi ilə yanaşı kistik düyünləri boşaltmaq da mümkündür.

QALXANABƏNZƏR VƏZİ DÜYÜNLƏRİNDƏ MÜALİCƏ
Düyünün müalicəsi onun təbiətinə bağlıdır. Sintiqrafik olaraq "isti" və biyopside "xərçəng" hüceyrələrin olmadığı düyünlər rahatlıqla xoş xassəli olaraq qiymətləndirilə bilər. Ancaq sintiqrafiyanın "soyuq" və biyopsi nəticəsi "xərçəng lehinə" şərh olunan düyünlər mütləq cərrahiyə yolu ilə çıxarılmalıdır. Cərrah, eyni zamanda boynu diqqətli bir şəkildə incələyib xərçəngli toxuma tərkibli ya da xərçəng şübhəsi olan limfa vəzilərini uzaqlaşdırmalıdır.

MULTİNODÜLER GUATRDA - birdən çox düyün varlığında, bu düyünlərin xərçəng olub-olmadığını müəyyən etmək çətindir. Ancaq, multinodüler guatr olan xəstədə xərçəng riski var olsa da azdır. Hormon müalicəsinə cavab verməyən multinodüler guatrda, xüsusilə böyük, nəfəs yolunu tıxayan ya da zamanla böyüyən guatrda cərrahi müalicə tələb olunur.

DÜYÜN RESİDİVİNİN (TƏKRARLAMASININ) QARŞISININ ALINMASI
Qalxanabənzər vəzi düyünü səbəbiylə əməliyyat edilən xəstələrin böyük qisimi, qalan tiroid toxumasında residivin qarşısının alınması məqsədi ilə, tiroid hormonu tərkibli həbləri ömür boyu istifadə etməlidirlər. Hormon istifadə edilməsinə baxmayaraq, düyünlərin yenidən əmələ gəlməsinə səbəb, artıq buraxılan qalxanabənzər vəzi toxumasında fərq ediləməyən kiçik düyünlərin zaman içində böyüməsidir. Xəstələri ikinci bir cərrahiyə riskinə məruz buraxmamaq üçün multinodüler guatrda bizim təklifimiz total və ya totala yaxın tiroidektomiyadır (vəzinin bütünlüklə çıxarılması).

Xoş xassəli düyünlər, hormon müalicəsi ilə nəzarət altına alına bilər. Bu cür xəstələrin kontrol analizləri mütləq hər 6 ayda bir edilməlidir. Böyüyən bir düyün varsa mütləq xərçəngdən şübhələnmək lazımdır.

HORMON MÜALİCƏSİ ALARKƏN HAMİLƏ QALSAM?
Qalxanabənzər vəzi xəstəliyi səbəbiylə ağızdan tiroid hormon həbləri alırsınızsa və hamilə qalsanız müalicənizi rahatlıqla davam edə bilərsiniz. Aldığınız hormon həbləri təhlükəsizdir. Hətta, hamiləlikdə hormon ehtiyacı artdığından həm özünüz, həm də körpə üçün tiroid hormonu almanız lazımdır. Hamilə qalar qalmaz həkiminizə müraciyət edərək müalicə dozasını mütləq məsləhətləşin!