Tibbi Məlumatlar

ÖD DAŞI XƏSTƏLİYİ

ÖD KİSƏSINİN VƏZİFƏSI NƏDİR?

Öd kisəsi qaraciyərin istehsal etmiş olduğu ödü depolayan və yeməklərdən sonra ifraz edən kiçik bir orqanımızdır. Öd kisəsinin onikibarmaq bağırsağına boşaltdığı öd, yağların həzm üçün istifadə edilir.
 
ÖD KİSƏSİNDƏ DAŞ -TEZ GÖRÜLƏN BİR XƏSTƏLİKMİDİR?
Öd kisəsində daş olduqca tez qarşılaşılan bir vəziyyətdir. Yaşla birlikdə görülmə sıxlığı artır. Statistikalara görə 50-65 yaş arası qadınların 20 %-ində, kişilərin isə 5%-ində öd kisəsində daş mövcuddur.
 
ÖD KİSƏSiNDƏ DAŞ NİYƏ MEYDANA GƏLİR?
Daş meydana gəlməsinin bir çox səbəbi vardır. Məsələn ödün içərisində yer alan maddələr, bir-birləriylə bir tarazlıq meydana gətirəcək şəkildə müəyyən nisbətdədirlər. Bu nisbətlərdə bir pozulma olduğunda daş təşəkkülü üçün bir zəmin meydana gəlir. Ayrıca genetik təsir, müxtəlif qan xəstəlikləri, bu bölgənin infeksiyaları, öd axınını çətinləşdirən mexaniki səbəblər, yüksək xolesterol səviyyələri və s. daş inkişafına səbəb ola bilər.
 
ÖD KISƏSINDƏ DAŞ İNKİŞAFI ÜÇÜN RİSK FAKTORLARI NƏLƏRDİR?
– İrəli yaş;
– Qadın olmaq;
– Hamiləlik;
– Estrogen istifadəsi;
– Obezite (artiq çəki) xəstəliyi;
– Genetik meyillilik;
– Bəzi qan xəstəlikləri;
– Siroz xəstəliyi.
 
ÖD KİSƏSİNDƏ DAŞ OLDUĞU NECƏ DİAQNOZ EDİLİR?
Öd kisəsində daş varlığını araşdırmaq üçün ən uyğun diaqnoz metodu qarın ultrasəs müayinəsidir. Asan tətbiq oluna bilməsi və heç bir yan təsirinin olmaması üsulun ən əhəmiyyətli üstünlükləridir. Qarın ultrasəs müayinəsi ilə 98 % nisbətində bir müvəffəqiyyətlə öd kisəsi daşlarının diaqnozu mümkündür. Ultrasəs müayinəsi ilə öd kisəsində inkişaf edən daşların sayı, ölçüsü kimi bir çox xüsusiyyət haqqında məlumat sahibi olmaq mümkündür.
 
ÖD KİSƏSİNDƏ DAŞ NƏ KİMİ ŞIKAYƏTLƏRƏ SƏBƏB OLUR?
Öd kisəsində daş olan xəstələrin böyük əksəriyyətində heç bir şikayət yoxdur. Hətta, bəzən yalnız kontrol məqsədli edilən bir qarın ultrasəs müayinəsi əsnasında daşlar təsadüfi olaraq aşkar edilir. Bunlara səssiz daş da deyilir. Öd kisəsi daşları uzun illər heç bir problemə səbəb olmadan səssizcə qala bildikleri kimi, bəzən birdən çox şiddətli şikayətlərlə ortaya çıxa bilərlər. Öd kisəsində daş olan xəstələrin qarın ağrılarına bulantı və qusma kimi şikayətlər müşayiət edə bilər. Qarın ağrısının müddəti və xarakteri dəyişə bilər. Bəzi zaman yağlı bir yemək sonrası şikayətlər ortaya çıxarkən, bəzən bu vəziyyətin yeməklərlə bir əlaqəsi olmur. Ağrı, tez-tez qarın üst hissəsində və sağ tərəfdə meydana gələrkən, bəzən orta xətdə də ola bilər və kürək bölgəsində iki kürək sümüyünün arasına da yansıya bilər. Ağrı ümumiyyətlə başladıqdan sonra 15 dəqiqə ilə 4 saat arasında dəyişən bir müddətdə sonlanır. Əgər kəsilməz olaraq davam edib, 6 saatlıq bir müddətə çatdisa, o zaman daşın səbəb olduğu bir iltihablanma prosesi ya başlamışdır ya da başlamaq üzərədir. Bu vəziyyət, evdə ağrı kəsicilər və ya başqa dərmanlarla nəzarət edilə biləcək bir hal deyil. Adamın dərhal bir sağlamlıq təşkilatına müraciət olunur. Öd kisəsindəki daşlar daha ciddi problemlərə də yol aça bilərlər. Daşların öd kisəsindən ana öd kanalına düşməsinə bağlı olaraq, tıxanma sarılığı və ya mədəaltı vəzi iltihabı (pankreatit) deyilən daha ciddi hallar ortaya çıxa bilər.
 
ÖD KİSƏSİ İLTİHABLANINCA NƏ KİMİ ƏLAMƏTLƏR MEYDANA GƏLİR?
İltihab davam edərsə qarın ağrısına bir müddət sonra temperatur yüksəkliyi, qan leykosit sayında artım əlavə olur. Bu olduqca önəmli və qısa müddət içində müdaxilə edilməsi lazım olan bir vəziyyətdir.
 
DAŞIN BÖYÜK VƏ YA KİÇİK OLMASI ƏHƏMİYYƏTİ VARMI?
Öd kisəsində meydana gələn daşlar müxtəlif ölçülərdə və sayda ola bilər. Xüsusilə kiçik daşlar ana öd kanalına düşərək tıxanma sarılığı və ya mədəaltı vəzi iltihabına səbəb olma baxımından daha risklidir. Digər tərəfdən böyük daşlar öd kisəsinin divarına basqı edərək daha fərqli problemlərə səbəb ola bilər.
 
ƏMƏLİYYATDA ÖD KİSƏSiNDƏKİ DAŞLARMI ALINIR?
Öd kisəsi əməliyyatı olacaq xəstələrin ən çox maraq etdikləri mövzuların başında bu sual gəlir. Öd kisəsində bir dəfə daş meydana gəldiyi zaman bu eyni zamanda öd kisəsinin funksiyasında bir problemin olduğunu da bizə göstərir. Bu səbəbdən yalnız daşlar alınsa bir müddət sonra yeni daş təşəkkülü qaçınılmazdır. Buna görə öd kisəsi əməliyyatında yalnız daşlar deyil, öd kisəsi tamamilə alınır.
 
ANA ÖD KANALINA DÜŞƏN DAŞLAR SARILIQ MEYDANA GƏTiRSƏ, NECƏ MÜALİCƏ EDİLİR?
Belə bir vəziyyətdə ilk əvvəl ana kanala düşmüş olan daşların həll edilməsi lazımdır. Keçmişdə açıq edilən bir əməliyyat əsnasında həm öd kisəsi alınmaqda, həm də ana kanala müdaxilə edilməkdə idi. Ancaq indiki vaxtda bu əməliyyat daha müasir texnikalarla həll edilir. Bir endoskopik yöntəm olan və qısaca ERCP (və ya ERXP) deyə bilinən müdaxilə ilə ana öd kanalına girilərək, bu bölgədəki daşlar təmizlənir. Daha sonrakı mərhələdə isə qapalı bir əməliyyatla öd kisəsi alınır. Beləliklə əməliyyatın ölçüsündə əhəmiyyətli bir kiçilmə təmin edilir.
 
AÇIQ ƏMƏLİYYATMI, QAPALI (LAPAROSKOPİK) ƏMƏLİYYATMI DAHA YAXŞIDIR?
Bu sualın cavabı müzakirəsiz qapalı əməliyyatdır. Ancaq bəzi hallarda əməliyyatın qapalı olaraq icra edilməsi mümkün olmaya bilər. Bu halda əlbəttə açıq əməliyyata üstünlük veriləcəkdir. Daha əvvəldən açıq üsulla üst qarın bölgəsindən əməliyyat keçirmiş xəstələrdə, öd kisəsi əməliyyatı qapalı üsulla gerçəkleşməyə bilər. Bəzən də öd kisəsindəki daşın səbəb olduğu iltihablanmalar, öd kisəsində həddindən artıq yapışıqlıqlara səbəb olaraq qapalı cərrahiyə üçün uyğun olmaya bilər. Belə bir halda, cərrah qapalı başladığı əməliyyatı açıq üsula çevirmək məcburiyyətində qala bilər.
 
LAPAROSKOPİK ÜSULUN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?
Laparoskopik üsul, 3-4 ədəd dəliklər köməyiylə həyata keçirilir. Bun görə açıq üsuldakı böyük kəsiyin yaratdığı ağrı ilə müqayisədə laparoskopik cərrahiyyə çox daha komfortlu bir əməliyyat sonrası dövr yaşatmaqdadır. Ayrıca laparoskopik cərrahiyyə tətbiqinin ertəsi günü xəstə evə yazila bilər, açıq cərrahiyyədə bu dövr daha uzundur. Bir digər mövzu əməliyyat yerində yırtıq inkişafı ehtimalıdır. Bu risk açıq cərrahiyyədə laparoskopik cərrahiyəyə nəzərən daha çoxdur.
 
ƏMƏLİYYATDAN SONRA SAĞALMA MÜDDƏTİ NƏ QƏDƏRDİR?
Əməliyyatın ertəsi günü xəstə evə göndərilir və bir həftə sonra rahatlıqla işinə dönə bilər.
 
ÖD KİSƏSİNİN OLMAMASI BİR PROBLEM YARADIRMI?
Öd kisəsi alındığı üçün qaraciyər tərəfindən istehsal olunan ödün depolanması mümkün olmayacaqdır. Bunun yerinə öd davamlı olaraq onikibarmaq bağırsağına axacaq. Yağ həzmi üçün çox az miqdardakı öd kafi olduğundan bir problem yaşanmayacaktır. Ancaq həzm sistemindəki bu yeni vəziyyətə alışıncaya qədər (3 ay - 1 il) yemək sonrası kiçik şikayətlər (qaz, köp və s.) meydana gələ bilər.