Tibbi Məlumatlar

Askaridlər

"Asksris lumbricoides" — Askaridlər

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə yer əhalisinin 60%-i askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik "askaridoz" adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət kəçirlər. Hətta, 1 aylıq uşağın askaridoz olması haqda məlumat var.

Askaridlər yoluxmuş adamın, əsasən, nazik bağırsağında yaşayırlar. Dişi qurdların uzunluğu 25-45 sm, erkəklərin isə 15-25 sm çatır. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər. Mayalanmış dişi qurdlar vaxtaşırı yumurtlayırlar (hər biri sutkada 250.000-dək).

Yumurtalar nəcislə torpağa düşsə, əlverişli şəraitdə 24 günə yetişirlər və 20 ildən çox yoluxucu olurlar. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə və tərəvəzdən, tozdan və s.

Bağ-baxçalar insan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar. Qurdlar bağırsağın selikli qişasını yeyirlər və bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin və mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar. Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar. Nəticədə bir çox xəstəliklər yaranır: eroziyalar, xora, ishal ya qəbzlik, diş qıcama, selik axma, öyümə, qusma, allergiya, səpkilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, yorğunluq, baş ağrıları, qan azlığı və s.

Askaridlər yoğun bağırsağa keçib kolit, appendisit törədə bilirlər. Hətta, bağırsağı deşib çox təhlükəli peritonit də törədə bilirlər.

Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar.

Askaridlərin ömrü 1 ilə yaxındır. Onlar öləndən sonra nəcisdə yumurtaları bir müddət qala bilər. Bu yumurtalar yetişmiş deyil, onlardan bağırsaqda sürfələr çıxmır.

Kinikamızın həkim parazitoloqu Dr. Arzu Eyyubova bu, və digər növ parazit və ibtidailəri tam şəkildə müalicə edir.