PhD Op. Dr. Toğrul Ömərov

PhD Op. Dr. Toğrul Ömərov

Həkimin Ixtisası

Uşaq Cərrahı

Həkimin Sahəsi

Cərrahiyyə

Müddət İxtisas Adı Yer
2003-2009 Bakalavr Azərbaycan Dövlət Tibb Universiteti Azərbaycan, Bakı
2009-2011 İnternatura   Rusiya, Kazan
2011-2014 Aspirantura Uşaq Respublika xəstəxanası Rusiya, Kazan
Müddət İxtisas Adı Yer
2010-2014 Cərrah Uşaq Respublika xəstəxanası Rusiya, Kazan
2010 Cərrah Kazan şəhərində keçirilən Konfrans Rusiya, Kazan
Təlimlər:
2011-ci ilin may ayında bir aylıq İzraildə İeruselim şəhərində xüsusi uşaq cərrahi kursu keçmişdir;
2013-ci ildə İtaliyanin Roma şəhərində yərləşən Bambino Gesu xəstəxanasında uşaqlarda laparaskopik əməliyyatlar üzrə təkmilləşmə kursu keçmışdir;
2014-ci ilin may ayında Strasburqda 10 günluk laparaskopik uşaq cərrahiyəsi üzrə xüsusi təkmilləşmə kursu keçmişdir;
Rusiyanin vədünyanın bir neçə şəhərlərində konferensiyalarda çıxışlar etmiş,ən son konfransda may ayında Amerikada Mayami şəhərində keçirilən konfransda aktiv şəkildə çıxış etmişdir.
Göstərdiyi xidmətlər:
Qida borusunun atreziyaları(olmaması) açıq və torokoskopik üsulla;
Girsprung xəstəliyi variantlarindan asılı olaraq açıq, transanal qarında kəsik aparmadan və laparaskopik üsulla;
Anusun atreziyaları (olmaması) , bağırsağın hissəvi atreziyaları açıq vəlaparaskopik üsulla;
Qaraciyər dalağın kistaları açıq və laparaskopik üsulla;
Mədəaltı vəzinin kistaları açıq və laparaskopik usulla(Marsupilizasiya);
Xoldeoxun (ümumi öd axarının) kistaları açıq və laparaskopik üsulla;
Diafraqmal yırtıqlar, qastroezofagial reflyuks, axalaziya kardiya açıq və laparaskopik üsulla;
Bütün növ bağırsaq keçməməzlikləri, bağırsaq spaykalarının açıq və laparaskopik üsulla;
Appendisit və Peritonitlər laparaskopik üsulla;
Yetkinlik yaşlı qız uşaqlarında yumurtalıqların kistaları, apopleksiya Laparaskopik usulla;
Oğlan və qız uşaqlarında cinsiyyət orqanlarının anomaliyaları, anadangəlmə olmamasi əməliyyatları yerinə yetirilir;
Bütün növ yırtıqların ( qasiq, qasiq xaya) laparaskopik üsulla bir nöqtədən keçməklə əməliyyat edilməsi, Azərbaycanda ilk dəfə;
Uşaqlarda öd daşı xəstəlikləri, Kalkulyoz xolesistlər Laparaskopik üsulla;
Yeni doğulmuşlarda qastrosizis, omfalocele açıq az invaziv üsulla;
Pilerostenoz yeni doğulmuşlarda açıq və laparaskopik üsulla;
Yeni doğulmuşlarda Onikibarmaq Bağırsaq keçməməzliklərinin açıq və laparaskopik üsulla;
Parapraktitlər kəskin və Xroniki formaları;
Uretranın anomaliyaları Qipospadiyaların bütün formaları və Epispadiyaların aradan qaldırılması;
Vadyanka, varikosele əməliyyatları açıq və laparaskopik üsulla
Bağırsaq invaginasiyalarının laparaskopik üsulla aradan qaldırılması;
Xayanin yerinə enməməsi (Kriptoorxizm) bütün formaları açıq az invaziv və laparaskopik üsulla yerinə yetirilməsi;
Xayanın və toxum ciyəsinin kistaları , burulması və travmaları;
Dəri və dəri altı toxumanın törəmələri;
Ümumiyyətlə uşaqlarda qarın boşluğunda əməliyyatlar və uşaq anomaliyaları acıq və laparaskopik üsulla həyata keçirilir.