Venalazer Varikoz Damar Mərkəzi

  VENALAZER varikoz damar mərkəzi 2014-cü il fevral ayının 10-da fəaliyyətə başlamışdır. Mərkəzin yaradılmasında əsas məqsəd varikoz xəstəliyindən əziyyət çəkən insanlara Avropa tibb standartlarına uyğun formada xidmət göstərməkdir.

Burada fəaliyyət göstərən mütəxəssisələr dəfələrlə Avropanın bir çox ölkələrində ( Latviya, Almaniya, Avstriya, Belçika, Türkiyə və s.) iş təcrübəsi keçmiş həkimlərdir.

VENALAZER mərkəzi varikoz xəstəliyin aradan qaldırılması üçün istifadə olunan müasir avadanlıqlarla tam təchiz olunmuşdur.

Peşəkar həkimlərin və innovasion texnologiyalı avadanlıqların köməkliyi izə Siz ayaqlarınızdakı genişlənmiş damar və kapillyarlardan asanlıqla canınızı qurtara bilərsiniz.

 

 

VENALAZER mərkəzinin aparıcı Varikoz Damar Cərrahı Dr. Samir Abdullayev


İş təcrübəsi - 8 il


Təhsil:

- "Flebologiyada IX Beynəlxalq Master Kurs", Varikoz damarların aradan qaldırılmasına həsr olunmuş Beynəlxalq masterkurs, Latviya, 2014;

- "28 -ci Beynəlxalq Fleboloji Konfrans", Varikoz xəstəliyə həsr olunmuş Beynəlxalq konfrans, Almaniya, 2014;

- “Varikoz Xəstəliyinin Lazerlə Müalicəsi ”, Beynəlxalq Kurs, Latviya, 2013;

- “Varikoz Xəstəliyinin Ağırlaşmalarının Müalicəsi” Beynəlxalq Konfrans, Avstriya, 2013;

- “Radiotezlikli Termokoaqulyasiya Üsulu ilə Genişlənmiş Kapilyarların Müalicəsi”, təkmilləşmə kursu, Belçika, 2013;

- “Köpük Skleroterapiyası ilə Varikoz Damarlarının Müalicəsi ” təkmilləşmə kursu Almaniya, 2013;

- "Lazer Üsulu ilə Varikoz Xəstəliyinin Müasir Müalicəsi" Beynəlxalq Konfrans, Minsk şəhəri, 2012;

- “Endovenoz Lazer Ablasiyası” təkmilləşmə kursu, Riga Varikoz Damar mərkəzi, Latviya, 2012;

- “Varikoz Xəstəliyinin Müasir Müalicəsi” təkmilləşmə kursu, İzmir Atatürk Eğitim ve Araşdırma Hastanesi, Damar Cərrahiyyəsi bölümü, Türkiyə, 2012;

- “Varikoz Damarların Skleroterapiyası (iynə üsulu ilə müalicəsi)”, təkmilləşmə kursu, Rusiya Federasiyası, 2011;

- “Rəngli Doppler Müayinəsi” kursu, Rusiya Federasiyası, 2010;

- "Venoz Damar Xəstəlikləri və onların müalicəsi" təkmilləşmə kursu, Rusiya Federasiyası, 2010;

- “Cərrahiyyə Üzrə Klinik Ordinatura”, Rusiya Federasiyası, 2007-2009;

- “Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika Fakültəsi”, Azərbaycan Respublikası, 2001 -2007.
 

 

 

 

Dr. Zəkiyyə Raufqızı - Fleboloq ("Varikoz Damar Həkimi")


Həkimin xidmətləri:
- Pasientlərin konsultasiyası və müalicələrin təyinatı;
- Rəngli Doppler müayinəsi;
- Skleroterapiya (genişlənmiş kapilyarların "iynə metodu" ilə müalicəsi);
- Köpük skleroterapiyası;
- Exoskleroterapiya (ultrasəs aparatı nəzarəti ilə köpük skleroterapiyası);
- Konservativ müalicə.

 

 

Dr. Aydın Bayramov - Cərrah-fleboloq


Həkimin xidmətləri:
- Pasientlərin konsultasiyası və müalicələrin təyinatı;
- Rəngli Doppler müayinəsi;
- Skleroterapiya (genişlənmiş kapilyarların "iynə metodu" ilə müalicəsi);
- Exoskleroterapiya (ultrasəs apparatının nəzarəti ilə köpük skleroterapiyası);
- LAZER üsulu ilə icra olunan bütün növ VARİKOZ əməliyyatları;
- Konservativ müalicə.

 

 

 

 

Dr. Fidan Cəfərova - Fleboloq ("Varikoz Damar Həkimi")


Təhsil və iş təcrübəsi:
• 2004-2010 Azərbaycan Tibb Universiteti;
• 2010 - 2011 Klinik internatura;
• 2012 Bağcılar Eğitim və Araştırma Hastahanesi ( İstanbul ) iş təcrübəsi;
• 2013 İstanbul Tıp Fakultesi ( İstanbul ) iş təcrübəsi;
• 2014 - ci ildən VENALAZER varikoz damar mərkəzində fəaliyyət göstərir.


Həkimin xidmətləri:
- Pasientlərin konsultasiyası və müalicələrin təyinatı;
- Rəngli Doppler müayinəsi;
- Skleroterapiya (genişlənmiş kapilyarların "iynə metodu" ilə müalicəsi);
- Exoskleroterapiya (ultrasəs apparatının nəzarəti ilə köpük skleroterapiyası);
- Köpük skleroterapiyası;
- Konservativ müalicə.

 

 

Dr. Ceyhun HüseynovCərrah-Fleboloq


- 1994 - Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsini bitirib;

- 1994-1995 - 5 №-li şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib;

- 1995-1998 - 5 №-li şəhər klinik xəstəxanasının həkim ordinatoru vəzifəsində işləyib;

- 1998-2005 - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda damar cərrahiyyəsi kafedrasında assistant vəzifəsinində çalışıb;

- 1998 - Gürcüstan Respublikasında prof. Kuzanov İ.İ. yanında “Estetik və plastik rekonstruktiv mikrocərrahiyyə” kursu keçmişdir;

- 2002 - Rusiya Federasiyasında REA Elmi Cərrahiyyə Mərkəzində “Damarların ultrasəs müayinəsi - doppleroqrafiya” kursunda olmuşdur;

- 2005 - Müxtəlif klinikalarda fleboloq-cərrah kimi fəaliyyət göstərib;

- 2008 - Ali Attestasiya Komisiyyası tərəfindən Tibb Elmi üzrə Fəlsəfə Doktoru adına layiq görülmüşdür. 10 elmi məqalənin və metodik vəsaitin müəllifidir.