Urologiya

Urologiya – sidik sistemi və kişi cinsiyyət sisteminin, böyrəküstü vəzilərin xəstəliklərini və retroperitoneal sahədə başqa patoloji proseslərin etiologiyası, patogenezi, diaqnostikasını araşdıran və onların müalicəsi və profilaktika metodlarını hazırlayan tibbi elmdir.

Urologiya kişi cinsiyyət orqanlarının tədqiqat və müalicəsində ixtisaslaşır, həmçinin kişi cinsiyyət orqanlarının inkişaf problemləriylə məşğul olur. Bu həm anadangəlmə problemlər (məsələn, uşaqlarda fimoz), həm də iltihabi proseslər (prostatit, uretrit, sistit) və şişlər ola bilər.

Klinikamızın peşəkar həkimləri xəstələrə diaqnozun qoyulmasında ən müasir diaqnostikadan istifadə edir.

Urologiyada rast gəlinən əsas simptomlar:

- Ağrı (sidik ifrazı zamanı - adətən, böyrək, sidik kisəsi nahiyyəsində);

- Sidikdə və spermada rast gəlinən dəyişikliklər;

- Xarici cinsiyyət orqanlarının forma və ölcülərinin dəyişikliyi;

- Dizuriya (sidik ifrazının pozulması);

- Erektil funksiyada olan pozuntular və s.

Klinikamızın Urologiya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi yüksək səviyyədə aparılır:

1.      Sidik ifrazı yolları və kişi cinsiyyət orqanlarının bakterial xəstəlikləri :

·         Cinsi yolla ötürülən yoluxucu xəstəliklər;

·         Sidik daşı xəstəliyi;

·         Sidiyi saxlaya bilməmə;

·         Kişilərdə cinsi funksiyalarının pozulması;

·         Kişi sonsuzluğu;

·         Xaya, xayalıq, xaya artımı və toxum ciyəsinin xəstəlikləri;

·         Kişi cinsiyyət orqanının (penisin) xəstəlikləri;

·         Sidik kanalı və sidik kisəsi, prostat vəzi, toxum kisəciklərinin xəstəliklər.

2.       Qadın urologiyası xidmətləri:

·         Qadınlarda sidik yolları infeksiyaları;

·         Qadınlarda sidik saxlaya bilməmə;

·         Sistosele-sidik kisəsinin sallanması;

·         Hamilə qadınlarda hidronefroz;

·         Neyrogen sidikkisəsi;

·         Sidik kanalı xəstəlikləri;

·         Hamilə qadınlarda daş xəstəliyi.

3.      Laborator diaqnostika:

·         Kliniki müayinələr (sidiyin ümumi analizi, sidiyin bakterioloji müayinəsi, spermoqramma, uretral yaxmanın və prostat vəzi şirəsinin mikroskopiyası və s.), biokimyəvi, hormonal müayinələr, sidik- cinsiyyət sistemi infeksiyalarının PZR, İFA və İFR üsulları ilə diaqnostikası və s.;

·         Ultrasəs müayinəsi, iri və xırda damarların doppleroqrafiyası;

·         Uroflometriya (sidik ifrazının keyfiyyətinin obyektiv müayinəsi);

·         Rentgen diaqnostika;

·         Ekskretor uroqrafiya, sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə aparılır);

·         Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi);

·         Prostat vəzinin iynə biopsiyası, xayaların  biopsiyası və biopsiya materialının histoloji müayinəsi.