Travmatologiya

Travmatologiya – insanın dayaq-hərəkət sisteminin mexanik zərərlərini (sınıqlar, dartılmalar), onların klinik diaqnostikasını, müalicəsini və profilaktikasını əhatə edən tibbi sahədir. Travmatologiya müstəqil bir sahə kimi cərrahiyyədən ayrılır. Bu sahədə konservativ (repozisiya, skelet dartma) və operativ (osteosintez) müalicə üsulları geniş tətbiq edilir.