Terapiya

Terapiya tibbin bütün bölmələrinin başlanğıcını təşkil edən bir hissəsidir.
Terapiya təbabətin daxili xəstəlikləri öyrənməklə məşğul olan sahəsi və onların dərman və qeyri-cərrahi vasitələrlə müalicə edən bölməsidir.

Terapiyanın məşğul olduğu sahələr əsasən:

·         Anemiya və digər qan xəstəlikləri

·         daxili orqan (qaraciyər, öd kisəsi, mədəaltı vəz, böyrəklər, sidik kisəsi, dalaq, prostat vəzi) xəstəlikləri

·         qalxanabənzər vəz

·         həzm sistemi orqanları (qida borusu, mədə və bağırsaq) xəstəlikləri

·         ağciyər xəstəlikləri

·         ürək xəstəlikləri

·         müəyyən infeksion xəstəliklər, revmatizm, helmintozlar (qurd xəstəlikləri)

·         allergik xəstəliklər