Şüa-diaqnostika

Şüa-diaqnostika

Elastoqrafiya - qaraciyər müayinəsində sevindirici yenilikdir, olduqca dəqiq, tez və münasibdir. Ən əsası isə hər hansı dəliksiz və kəsiksiz cəmi bir neçə dəqiqəyə qaraciyərinizin problemini bilmək mümkündür.

Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:

1. Bütün yaş qruplarına tətbiq edilir;

2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur;

3. Müayinə dəri tamlığını pozmadan icra olunur;

4. Bütün çəki qruplarına aid edilir;

5. Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar;

6. Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur;

7. Heç bir əks göstərişi yoxdur;

8. Qiyməti də münasibdir.

Prosedur necə aparılır?

Xəstəni xüsusi hazırlamağa ehtiyac olmadan çox qısa müddətdə müayinə aparılır. Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz ELASTOMETRİYA müayinəsindən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.

·Nüvə-maqnit rezonansı (MRT).  MRT müayinə metodu ilə orqanizmin baş beyin, hipofiz, orbita, fəqərə sütunu, onurğa beyni, boyun, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalar, damarlar kimi nahiyyələrini müayinə olunur;

 

·Kompüter tomoqrafiyası (KT). KT hansı hallarda təyin olunur: kəllə-beyin, döş qəfəsi, abdominal travmalar, kəskin qansızmalar, ağ ciyər patologiyası, mədə-bağırsaq sistemin patologiyası, öd kisəsi, böyrək, sidik kisəsi daşları, paranazal sinusların patologiyası (sinuitlər və s.), gicgah sümüklərin patologiyası, sümüklərin patologiyası, törəmələr ( şişlər, kistalar və s.), iltihabi proseslər, orqanların  struktur dəyişiklikləri, limfa düyünlərinin zədələnmələri, boşluqlarda maye yığıntıları, magistral damarların genişlənmələri, daralmaları, beyinin damar patologiyaları (insultlar, qansızmalar, anevrizmalar və s.);

 

·Rentgenoloji;

 

·Ultrasəs müayinəsi;

 

·Mammoqrafiya - qadınlarda süd vəzisində olan xəstəliklərin erkən vaxtlarda aşkar edilməsi üçün aparılan rentgen müayinəsidir;

 

·Sümük densitometriya - kompyuterləşdirilmiş absorbsion üsulla sümükdə mineralların sıxlığını təyin edən diaqnostik metoddur. Sümük Densitometriyası gələcəkdə baş verə biləcək sınıqların proqnozlaşdırılmasında, sümük kütləsinin itirilməsinə səbəb olan digər xəstəliklərin diaqnostikasında mühüm kliniki əhəmiyyət daşıyan bir üsuldur;

 

·Angioqrafiya.