Revmatologiya

Revmatologiya– tibbin revmatik xəstəlikləri, onların diaqnostika və müalicəsini öyrənən sahəsidir.

Revmatologiya 200- dən artıq xəstəliyi öyrənməklə məşğuldur. Revmatologiya əsasən oynaq problemlərini  və kollagenoz adlanan birləşdirici toxuma xəstəliklərini öyrənir. Bunlardan ən çox rast gəlinəni  isə revmatoid poliartrit, osteoartroz, osteoparoz, podaqra, spondiloartropatiyalar, birləşdirici toxuma xəstəlikləridir.

Revmatik xəstəliklərin müasir kompleks antirevmatik müalicəsi əsas xəstəliyin patogenetik nöqtələrinə, o cümlədən iltihab və immunoloji mexanizmə təsir göstərir. Ancaq, əldə olan antirevmatik preparatlar tələb olunan tələbatlara tam cavab vermir: bir tərəfdən onların kifayət qədər effektli olmaması, digər tərəfdən isə, xoşagəlməz əlavə yan təsir göstərməsidir.

Grand Hospital-da revtamoloji xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

· Revmatizm;

· Revmatoid poliartrit;

·  Sistemli qırmızı qurd eşənəyi;

·  Sklerodermiya;

·  Dermatomiozit;

·  Polimiozit;

·  Şeqren sindromu;

·  Osteoartrit;

·  Osteoparoz;

·  Podaqra.