Pulmonologiya

Pulmonologiya və ya Pnevmologiya  tibbin ağciyər və nəfəs yolu xəstəliklərinin müayinə və müalicəsi ilə məşgul olan sahədir.

Əhatə etdiyi xəstəliklərə aiddir:

·         bronxit, kəskin bronxit - hal-hazırda təhlükəli sayılmır, əsas -  vaxtında müayinə və müalicə edilməsidir

·         xroniki bronxit - öskürək  - 2 il ərzində ildə 3 aydan çox davam etdiyi zaman xroniki sayılır

·         vərəm

·         ağciyər xərçəngi - yaranmasının əsas amili - siqaret çəkmək - 60-69 yaş təbəqəsində 30-39 təbəqəsinə nisbətən 60 dəfə daha çox rast gəlinir.

·         pnevmoniya - əmələgətirən amillər bir neçədir - pnevmokok, stafilokok, legionella, qrip virusu, paraqrip, adenovirus və s.

·         ağciyər emfizeması - müalicə olunmadıqda inkişaf edir və ağciyər və ürək-damar sisteminin pozulmasına səbəb olur. Bu isə öz nəvbəsində ağciyər və ürək çatışmamazlığına gətirir.

·         bronxial astma - hər yaş təbəqəsində rast gəlinir, amma daha çox uşaqlarda müşahidə olunur və getdikçə ağırlaşır. Hal-hazırda dünyada 300 milyon insan astmadan əziyyət çəkir.