Otorinolarinqologiya

Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.

Klinikanın LOR-xidməti müasir standartlara cavab verən diaqnostika avadanlıqları ilə təchiz edilmişdir. Endoskopik üsul LOR-üzvlərini və onların patoloji dəyişikliyini bir neçə dəfə böyüdülmüş vəziyyətdə monitorda müşahidə etməyə imkan verir.

Klinikanın LOR kabinetində bir sıra müalicə və diaqnostik prosedurlar həyata keçirilir:

· Xarici qulaq keçəcəyindən qulaq kiri tıxacının xaric edilməsi

· Politser üsulu ilə hava üfürülməsi

· Perforasion təbil pərdəsinin kənarlarının yandırılması

· Xarici qulaq keçəcəyindən yad cismin xaric edilməsi

· Xarici qulaq keçəcəyinin furunkulunun açılması

· Otohematomanın punksiyası

· Burun boşluğunun yuyulması

· Burun boşluğundan yad cismin xaric edilməsi

· Burun boşluğundan biopsiya materialının götürülməsi

· Burun sümüklərinin repozisiyası

· Burun boşluğunun ön tamponadası

· Burun boşluğunun arxa tamponadası

· Burun boşluğunun ön və arxa tamponadası

· Burun boşluğu furunkulunun açılması

· Burun arakəsməsi absessinin açılması

· Burun qanaxmasının dayandırılması

· Paranazal sinusların punksiyası

· Kisselbax sahəsinin koaqulyasiyası

· Konxo inyeksiyası

· Udlağa dərman preparatlarının sürtülməsi

· Lakunaların yuyulması və qranulların yandırılması

· Paratonzillyar absessin açılması

· Udlaqarxası absessin açılması

· Udlaqdan yad cisimlərin xaric edilməsi

· Qırtlağa dərman maddələrinin yeridilməsi

· Parasentez

· Burun möhtəviyyatının Zonderman üsulu ilə sorulması.