Oftalmologiya

Oftalmologiya - gözün anatomiya və fiziologiyası, xəstəliklərini öyrənən tibb bölməsi olub, göz xəstəliklərinin müalicə və profilaktika üsullarını tətbiq edir. Uzaq və yaxını zəif görmədən şikayəti olanlar, gözündə ağrı, qamaşma, qaşınma, işıqdan qorxma şikayəti olanlar oftalmoloqa müraciət etməlidirlər. Bundan başqa hipertoniya, şəkərli diabet, digər sistem xəstəlikləri olanlar və hamilə qadınlar göz dibində baş verə biləcək dəyişikliklər səbəbindən mütəmadi olaraq oftalmoloq nəzarəti altında olmalıdırlar.

Grand Hospitalın oftalmologiya şöbəsində xəstələrin ambulator qəbulu həyata keçirilir. Burada Yaponiya istehsalı olan Topcon firmasının komyuter refraktometri ilə gözün refraksiyasının (miopiya, hipermetropiya, astiqmatizm) təyini, buynuz qişanın əyrilik radiusu (keratokonus və keratoqlobusun dərəcəsi), ən müasir foropter cihazı ilə uzağa və yaxına eynəklərin seçilməsi həyata keçirilir.Komyuter tonometr aparatı vasitəsi ilə kontaktsız, gözə təmas etmədən gözdaxili təzyiq saniyələr içində ölçülür. Qlaukoma, retina xəstəlikləri və neyrooftalmoloji xəstəliklərdə mərkəzi və periferik görmədəki defektləri aşkara çıxarmaq üçün Octopus aparatı ilə görmə sahəsinin təyini qısa müddətdə həyata keçirilir. Diabetik retinopatiyalar, yaşla bağlı makuladegenerasiyaları və tor qişanın damar xəstəliklərinin aşkara çıxarılmasında ən müasir FFA (Fundus Floresein Angioqrafiya) aparatı klinikamızda mövcuddur. Müayinə təcrübəli mütəxəssislərimiz tərəfindən icra olunur.  

Bundan başqa klinikamızda keratit,uveit,retinopatiyalar,qlaukoma,çəpgözlük ve digər göz xəstəlikləri uğurla müalicə edilir.