Neyrocərrahiyyə

Neyrocərrahiyyə - adından göründüyü kimi, sinir sisteminin cərrahi müalicəsi ilə məşğul olan bir tibb sahəsidir. Hospitalımızda baş beyin və onurğa beyin xəstəliklərinin cərrahiyyəsi cərrahi mikroskop, mikrocərrahi alətlər, ultrasəs aspirator, neyroendoskop və C-qolu rentgenoskop kimi müasir avadanlıq və alətlərlə təchiz olunmuş modern əməliyyatxanalarda həyata keçirilir.

Xidmətlər:

·         Bel ağrıları

·         Fəqərəarası disk yırtığı

·         Onurğanın qeyri-stabilliyi

·         Fəqərə arası disk yırtığının mikrocərrahi müalicəsi

·         Karpal tunel sindromu

·         Spinal stenoz

·         Protruziya

·         Baş beyin şişləri

·         Spina bifida

Neyroonkologiya - Kəllə əsası şişləri, Qliomlar, metastazlar, meninigiomalar.

Spinal Neyrocerrahiyyə - Degenerativ spinal xəstəliklər, spinal onkologiya, spinal travma, spinal allqologiya (ağrılar zamanı blokadalar).

Serebrovaskulyar neyrocərrahiyyə - İşemik, hemorragik insultlar, Beyin anevrizmalar, Arterio – venoz malformasiyaları, Beyin damarlarının endovaskulyar (damardaxili) və açıq mikrocərrahi müalicəsi.

Neyrotravma – Beyindaxili hematomalar, epidural – subdural hematomalar, basılmış qəlpəli sınıqların müalicəsi.

Pediatrik neyrocərrahiyyə - Hidrosefaliyalar, kraniostenoz, spina bifida, meningosellərin müalicəsi.

 

Periferik sinir cərrahiyyəsi – sinir nevrolizi (sinirlərin tikilməsi), periferik sinir kələflərinin açılması, periferik sinir blok sindromlarının cərrahi müalicəsi.