Nevrologiya

Nevrologiya – mərkəzi ve periferik sinir sistemi xəstəliklərinin diaqnostikasını, müalicəsini, profilaktikasını əhatə edən tibb sahəsidir. Klinikada nevroloji xəstəliklər yüksək effektivliklə müalicə olunur. Bunun nəticəsində nevroloji xəstəliklərin ağırlaşmaları sağaldılır, hərəki aktivlik artır, yuxunun normallaşması, psixoemosional vəziyyət yaxşılaşdırılır, müxtəlif ağrı sindromları (müxtəlif etiologiyalı baş ağrıları,bel ağrıları ve s…) sağaldılır, xroniki yorğunluq, depressiya aradan qaldırılır, zehni iş qabiliyyəti yüksəldilir, stressə davamlılıq yaranır. İnsanın sağlam yaşaması üçün həyat keyfiyyəti yüksəldilir
Klinikamızda nevroloji diaqnostika metodu kimi EEQ - elektroensefaloqramma, EMQ - elektromioqrafiya aparatlarından istifadə olunur.
EEQ ( Neurofax,EEG-1200K) nevrologiyada ən geniş istifadə olunan diaqnostik metoddur.
EEQ aşağıdakı xəsətəliklərə göstərişdir:
1. Epilepsiya
2. Səbəbi bilinməyən qıcolma tutmaları
3. Yuxunun paroksizmal pozulmaları
4. Özündəngetmə (sinkopal vəziyyətlərdə)
5. Nevrotik pozğunluqlar
6. Kəllə beyin travmaları
7. Ensefalopatiyalar
8. Neyrocərrahi əməliyyatlardan sonra
9. Baş ağrıları, başgicəllənməsi olan xəstələrdə
10. Kəskin qan dövranı pozğunluqları və digər.
EEQ-yə əks göstəriş yoxdur.

EMQ( Neuropack S1, MEB-9400K)- elektromioqrafiya nevrologiyada istifadə olunan metodlardan biridir. Bu aparatla əzələlərin elektrik aktivliyi, sinir uclarının keçiriciliyinin dərəcəsini müəyyən etmək üçün istifadə olunur.
EMQ aşağıdakı xəstəliklərə göstərişdir:
1.Sinir əzələ xəstəlikləri
2.Miasteniya
3.Nevral zədələnmələr
4. Nevropatiyalar
5.Periferik sinirlərin travması
6.Üz sinirinin neyropatiyası
7.Osteoxondrozda hissiyyatın pozulması, hərəki pozğunluqlarda, ağrı sindromu olduqda
8.Baş beyin, onurğa beyin travmaları
9. İltihabi, toksik polineyropatiyalar, polimiozit
10. İrsi miodistrofiyalar
11.Endokrin miopatiyalar
12. Poliomielitin qalıq əlamətləri, sirinqomieliya, dağınıq skleroz
13.Uşaqlarda kəskin süst iflic
14. Miastenik sindrom, Parkinson sindromu
15. Serebral ve spinal mikroinsultlar
16.Sinir sisteminin funksional pozğunluqları ve digər xəstəliklərdə.