Nefrologiya

Nefrologiya– böyrək və sidik yolları xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Klinikada kəskin və xroniki piyelonefrit, kəskin və xroniki qlomerulonefrit, kəskin və xroniki sistit, diabetik nefropatiya, renal arterial hipertenziya, xroniki böyrək çatışmazlığı və s. kimi xəstəliklərin dəqiq müayinə və müalicəsi aparılır.

Böyrək xəstəliklərinin dəqiq diaqnozunun qoyulması üçün bir sıra müayinə metodlarının aparılması vacibdir:

·       Sidiyin və qanın ümumi analizi;

·       Sidiyin əkilməsi və antibiotiklərə qarşı həssaslığının təyin edilməsi;

·       Sidiyin Neçiporenko metodu ilə müayinəsi;

·       Mikroalbuminuriyanın təyini;

·       Sutkalıq sidikdə zülalın təyini;

·       Kreatinin klirensi;

·       Qanın biokimyəvi müayinəsi;

·       Qanda autoimmun xəstəliklərin markerlərinin təyini;

·       Böyrəklərin USM-i;

·       Böyrək arteriyalarının doppleroqrafiyası;

·       Rentgen müayinəsi və ekskretor uroqrafiya.

Klinikada xəstələrin qısa müddət ərzində dəqiq və keyfiyyətli müayinədən keçərək vaxtında müalicə olunmasına şərait vardır.