Kardiologiya

Kardiologiya-ürək, qan-damar sisteminin inkişafından, yaş dövrlərinə uyğun olaraq mərhələli şəkildə yaranan funksional dəyişiklərdən və bu dövrlərdə baş verən xəstəliklərin yaranma səbəblərindən, diaqnostika, profilaktika və müalicəsindən bəhs edən bir tibb sahəsidir.

Grand Hospitalın kardiologiya şöbəsində ürək-damar sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi müasir standartlara cavab verən qeyri- invaziv və invaziv müalicə diaqnostika vasitələrindən tam mənada istifadə edilməklə aparılır.

Klinikamızda ürək – damar sistemi xəstəliklərinin diaqnostikası üçün aşağıdakı kardioloji xidmətlər mövcuddur:

·        Qeyri- invaziv xidmətlər :

·        Elektrokardioqramma (EKQ)

·        Exokardioqrafiya (ExoKQ) və rəngli doppleroqrafiya

·        Fiziki yük sınağı- Treadmill (stress test)

·        Holter monitorinq (Sutkalıq elektrokardioqramma )

·        Sutkalıq qan təzyiqinin monitorinqi

·        İnvaziv xidmətlər:

·        Koronar angioqrafiya

Elektrokardioqramma – ürəyin fəaliyyəti zamanı yaranan elektrik potensiallarının kağız üzərində qeydidir. 

 


Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən metoddur.  Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.  
 

Tredmill (stress test ) metodu fiziki işə tolerantlıq (vahid zaman ərzində ürək əzələsinin fiziki tələbatına uyğun koronar qan təchizatı), gərginlik stenokardiyasının mərhələləri, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin və nəbzin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur.  
 

Holter monitorinq – ürək ritminin fasiləsiz, sutkalıq elektrokardioqrafik qeydiyyatıdır. Pasient günlük normal həyatını yaşayır və cihaz planlanan müddətində ürəyin elektrik impulslarını qeydə alır.Holter monitorinq sayəsində müayinə zamanı görünməyən, amma gün ərzində qısa vaxt zaman kəsiyində olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb olan bütün ritm pozulmaları aşkar edilə bilir.
 

Sutkalıq qan təzyiqinin monitorinqi -sutka ərzində təzyiqin və nəbzin 10-20 və ya 15-30 dəq. aralıqlarla qeydə alınmasıdır. Bu metod sayəsində əvvəlcədən hipertoniyası olmayan insanlarda yüksək təzyiq erkən aşkarlanır, həmçinin uzun zaman təzyiqi olan xəstələrin, günün hansı saatlarında təzyiq göstəricilərinin yüksəldiyi qeydə alınaraq, göstəricilərə uyğun müalicə seçilir.