İnvaziv radiologiya

- İntrakranial (beyin), karotid, yuxarı və aşağı ətraf, daxili orqanların (qaraciyər, böyrək, bağırsaq) daralmış arteriyalarının transarterial (tək iynə ilə bud və ya mil arteriyasından girişlə) balonla genişlədilməsi və stent qoyulması;

- İntrakranial (beyin), karotid, yuxarı və aşağı ətraf, daxili orqanların (qaraciyər, böyrək, bağırsaq) daralmış arteriyalarının trombla tıxanması zamanı transarterial (tək iynə ilə bud və ya mil arteriyasından girişlə) trombolitik müalicə və trombektomiya (trombun damardan çıxarılması);

- Zədələnmələr zamanı daxili qanaxmaların transarterial (tək iynə ilə bud və ya mil arteriyasından girişlə) embolizasiyası (dayandırılması);

- Beyin, magistral, ətraf və daxili orqanların damar anevrizmalarının, arteriovenoz malformasiyalaının (tək iynə ilə girişlə) embolizasiyası (bağlanması);

- Varikoz problemli (bir neçə doğuş keçirmiş, xronik çanaq ağrıları olan)  qadınlarda çatışmalıq olan yumurtalıq venalarının, kişilərdə varikoselenin (tək iynə ilə bud və ya mil arteriyasından girişlə) embolizasiyası (bağlanması);

- Uşaqlıq miomalarının (tək iynə ilə bud və ya mil arteriyasından girişlə) embolizasiyası (bağlanması);

- Venoz trombozlar zamanı filtr yerləşdirməklə, trombolitik müalicə və trombektomiya (trombun damardan çıxarılması).

Qeyd edilən prosedurlar cərrahi əməliyyatsız, cərrahi kəsiksiz, əksəriyyəti narkozsuz, tək iynə ilə yuxarı (qol) və ya aşağı (bud) damarlarından girişlə həyata keçirilir.

 

- Ultrasəs və Kompyuter Tomografiya ilə biopsiyalar (qaraciyər, mədəlatı vəz, böyrək və s.);

- Exinokokk və bəsit kistalarının drenajı (boşaldılması) və perkutan (dəridən keçməklə) müalicəsi;

- Exinokokk və bəsit kistalarının drenajı (boşaldılması) və perkutan (dəridən keçməklə) müalicəsi;

- Cərrahi əməliyyat əks-göstəriş olan xəstələrdə xolesistitin (öd kisəsi iltihabının) perkutan (dəridən keçməklə) müalicəsi;

- Damar (hemangioma, limfangioma) anomaliyalarının perkutan (dəridən keçməklə) embolizasiyası (skleroterapiyası);

- Qastrostomaların (qidalanma üçün mədəyə kateterlərin), qida borusu stentlərinin, nefrostomaların (böyrək kateterlərinin) və nefroureterosistostomaların (böyrəkdən sidik kisəsinə stentlərin) qoyulması;

- Damar yolu kimi istifadə (xüsusilə onkoloji xəstələrdə kimyəvi terapiya) məqsədilə mərkəzi venoz portların qoyulması;

- Dializ üçün mərkəzi venoz kateterlərin qoyulması.