Dermatologiya

Dermatologiya şöbəsində bir çox dəri və zöhrəvi (cinsi yolla keçən) xəstəliklərin peşəkar həkimlər tərəfindən müasir diaqnostikası və müalicəsi aparılır. Şöbəmizdə böyüklərlə yanaşı uşaqlara da xidmət göstərilir.

Xidmət sahəmiz aşağıdakı xəstəlikləri əhatə edir:

1. Ekzema ve dermatitlər;

2. Göbələk xəstəlikləri;

3. Pullu demrov(psoriaz);

4. İrsutizm(tüklənmə) ;

5. Sızanaqlar(çəhrayı və adi);

6. Saç və dırnaq xəstəlikləri ;

7. Virus xəstəlikləri(herpes, molyuska);

8. Bakterial mənşəli xəstəliklər;

9. Allergik reaksiyalar;

10. Dərman reaksiyaları;

11. Ziyil ve döyənəklər;

12. Ləkələr (müxtəlif mənşəli);

13. Tük kökünün xəstəlikləri;

14. Gənələrin törətdiyi xəstəliklər (üzdə və bədəndə);

15. Cinsi yolla keçən infeksiyalar (xlamidiya, mikoplazma, ureplazma, qonoreya, trixomoniaz və s.).

Bununla yanaşı şöbəmizdə bir sıra müalicəvi proseduralar: kriyoterapiya, elektrokoaqulyasiya və s. həyata keçirilir.