Anesteziologiya

Anesteziologiya – operativ müdaxilə və ya aqressiv diaqnostik prosedura zamanı xəstənin ağrı duymaması, rahatlığının təmin edilməsi və həyati vacib funksiyalarının idarə olunduğu şöbədir. Hər hansı bir əməliyyatdan əvvəl anestezioloq həkimlərimiz pasienti müayinə edərək, olunacaq əməliyyat üçün ən uyğun narkoz növünə Sizinlə birgə qərar verirlər.Sözügedən şöbəmizdə ümumi anesteziya, regionar anesteziya, lokal (yerli) anesteziya və sedasiya üsullarından istifadə olunur.Bizim yüksək fəaliyyət göstərən digər bölmələrimiz ilə yanaşı, böyük iş təcrübəsinə və dərin nəzəri biliklərə malik olan Dr. Şahin Manafovun rəhbərliyi altında fəaliyyət göstərən anestezioloji xidmət tam gücü ilə fəaliyyətdədir. Anestezioloji briqadamıza peşəkar anestezioloqlar və anestezistlər daxildirlər. Xidmətin yüksək səviyyəli fəaliyyəti üçün ABŞ istehsalı olan son model anestezi cihazlardan istifadə olunur. Briqadamız yaş məhdudiyyəti olmadan, yüksək risk qrupuna daxil olan xəstələrə lazımi xidmət göstərir. Anestezi avadanlıqlarımız vasitəsi ilə əməliyyatın gedişi zamanı narkozda olan xəstənin,bir çox həyata vacib fizioloji proseslərini müşahidə etmək və narkoz zamanı yarana biləcək ağırlaşmaların qarşısını öncədən almaq imkanı verir. Bizdə əməliyyatdan öncə xəstələrin əməliyyata tam həyəcansız hazır olması üçün lazım olan hər növ dərman maddələrindən istifadə olunur və əməliyyatdan 10-15 dəqiqə sonra xəstə artıq palatada yaxınları ilə təəssüratlarını bölüşür.