Tibbi Məlumatlar

Hepatit "B"

“B” viruslu hepatit qaraciyərin virus mənşəli iltihabi xəstəliyidir. Onun gedişində bir neçə
mərhələ ayırd edilir: inkubasiya dövrü, kəskin hepatit, xroniki hepatit. Xroniki hepatit uzun
müddət davam edən və bəzi hallarda qaraciyərin sirrozu və ya şişi ilə nəticələnən xəstəlikdir.
“B” hepatit virusu bədənə daxil olarkən qaraciyər hüceyrələrini zədələyir. Lakin onun başqa
üzvlərə də mənfi təsirini qeyd etmək lazımdır. Onların arasında: oynaqların, qan hüceyrələrin,
ağciyər, böyrək toxumalarının zədələnməsini də göstərmək olar.

“B” virusunun (HBV) yoluxma yolları müxtəlifdir. Əksər hallarda yoluxmuş analardan uşaqlara
keçir. Yoluxma nadir hallarda bətndaxili, daha çox doğuş zamanı baç verir. HBV ilə yoluxma

böyüklərdə əsasən parenteral və ya cinsi yolla baş verir. Xüsusi risk qrupları aşağıdakılardır:
   -  Narkomanlar;
   -  Homoseksualistlər, lesbiyanlar;
   -  Öz peşələri çərçivəsində qan və ya qan məhsulları ilə təmasda olan şəxslər;
   -  Bərbər, pedikür.

Digər otürülmə yolları:

  • HBV yoluxmuş şəxslərlə məişətdə təmas;
  • Hemodializ;
  • Tatuirovka və pirsinq;
  • Süni mayalanma;
  • Qanköçürmə;
  • Orqan transplantasiyası;
  • Tibbi və stomatoloji müdaxilələr.

Məişətdə yoluxmanln qarşısını almaq üçün ail üzvləri peyvənd (vaksin) olunmalıdırlar. Xəstənin
qanı yoluxucu olduğu halda həmin hissəni sarımaq, qanaxmanın və qanın başqa sahələrə
düşməsinin qarşısını almaq lazımdır. Təsadüfi cinsi əlaqələrdən qaçmaq və ya qoruyucculardan
(prezervativlərdən) istifadə etmək cinsi yolla yoluxmanın qarşısını almaq üsullarına aiddir.
Peyvənd vurulmadığı hallarda ailə üzvləri məişət əşyalarından individual (fərdi) formada istifadə
etməlidirlər. Bu alətlərdən – ülgücü, manikür alətlərini, qayçnı, diş fırçasını qeyd etmək lazımdır.
Hepatit “B” virusuna qarşı peyvəndin vurulması. Vaksinasiya yüksək yoluxma riski olan
şəxslərə xüsusən tövsiyə edilir. Bu cür şəxslərin daxil olduğu qruplar aşağıdakı siyahıda
verilmişdir:

  • Tibbi personal və tibbi müəssisələrin tələbələri;
  • Dializdə olan xəstələr;
  • Homoseksualistlər;
  • Fahişələr;
  • Narkomanlar;
  • Həbsdə olan şəxslər;
  • Məişətdə HbsAg-müsbət olan insanlarla təmasda olan şəxslər;
  • Sağlam şəxslər.

Dünya əhalisinin 50%-nə qədəri nə vaxtsa “B” virus infesiyasını keçirmiş və onların 5%-ə qədəri
– xroniki “B” virus hepatitindən əziyyət çəkir. Hər il “B” virusu ilə bağlı qaraciyər sirrozundan
və ya onun bədxassəli şişindən 1 milyona yaxın insan vəfat edir.
“B” hepatit virusuna qarşı peyvənd aşağıdakı risk qruplarına vurulması məsləhətdir:

  • Dializli xəstələr;
  • Onkohematoloji xəstələr;
  • GİCS ilə olan xəstələr;
  • Hamilə qadınlar;
  • Tibb işçiləri;
  • “B” viruslu xəstələrin ailə üzvləri və onlarla cinsi əlaqədə olan çəxslər;
  • Qaraciyər sınaqları dəyişmiş xəstələr;
  • Kimya terapiyası və ya immunosupressiv terapiya aparılan xəstələr.

Yalnız HbsAg və anti-HBs testlərinin cavabı mənfi olan hallarda bu qrup şəxslərdə hepatit “B”
virusuna qarşı peyvənd aparılmalıdır.
Ilk dəfə xəstəliyin mövcudluğunu araşdırmaq eçen HbsAg testini yoxlamaq kifayət edir. Müsbət
nəticə alınan zaman axtarışı daha da dərinləşdirmək ehtiyacı yaranır.