Tibbi Məlumatlar

Mütəxəssislərimizin MediPol Universitetində təcrübəsi

Türkiyənin ən böyuk xəstəxanası olan Medipol Universitetinin Xəstəxana Meqa kompleksi ilə “Grand Hospital” arasında əldə edilən razılaşmaya əsasən ixtisaslaşma, həmçinin iki klinikanın həkimləri arasında  təcrübə mübadiləsi məqsədilə “Grand Hospital”-dan mütəxəssislər mütəmadi olaraq yuxarıda göstərilən klinikaya ezam olunurlar. Bu məqsədlə də “Grand Hospital”-ın qastroenteroloq-endoskopisti Dr. Ramin  Bağırov və ümumi cərrahı, T. Ü. F. Dr. Aynur Hüseynzadə Türkiyənin İstanbul şəhərinə səfər etmiş və Medipol Universitetinin Xəstəxana Meqa kompleksində ixtisaslaşma kursu keçmişlər. 

Bu kurs zamanı ümumi cərrah  Aynur Hüseynzadə bir çox maraqlı əməliyyatlara baxmış və bilavasitə iştirakçısı olmuşdur: Iazerlə hemorroidal düyünlərin yandırılması, Lonqo əməliyyatı, laparoskopik xolesistektomiya, laparoskopik üsulla düz bağırsağın xərçənginin xaric edilməsi, süd vəzi əməliyyatları, abdominoplastika və s. 
Həmçinin, qastroenteroloq-endoskopist Dr. Ramin Bağırov tərəfindən bir sıra endoskopik üsul ilə proseduralar, sirrozlu xəstələrdə qanaxma zamanı bant liqasiyaya tabe olmayan varikoz qanaxmalarının sklerozlaşdırılması, qaraciyər transplantasiyalı xəstələrdə xoledoxa stentlərin yerləşdirilməsi, kəskin pankreatit xəstəliklərinin ən müasir müalicə metodları icra edilmişdir.

Qeyd edək ki, bu qaydada ixtisaslaşma kursları mütəmadi olaraq davam edəcək, çünki “Grand Hospital” olaraq bizim əsas məqsədimiz insanlarımıza ən müasir və keyfiyyətli tibbi xidmət göstərməkdir.