Tarixçə


"Grand Hospital" 2014-cü il aprel ayının 1-də fəaliyyətə başlamışdır. 12 mərtəbədən ibarət korpusa malik Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, ən müasir avadanlıqları ilə tibbin bir çox sahələrində fəaliyyət göstərməkdəyik.


Sistem və idarəçiliyimizin məqsədləri:

· Keyfiyyətli xidmət

· Məmnun müştəri

· İşini sevən tibbi heyət


Dünya standartlarına uyğun xidmət anlayışını ölkəmizdə yaşadan Grand Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyasının və səhiyyədə inamın ünvanıdır.


Grand Hospital, nəinki xəstə olduğunuz zaman, hətta sağlam anlarınızda da yanınızdadır.
Ürəkdən gələn sağlamlıq! - "Grand Hospital"


Sağlam olun!