Warning: mysqli_connect(): Headers and client library minor version mismatch. Headers:100031 Library:100129 in /home/grandhos/public_html/class/class.mysql.php on line 23

Warning: mysqli_connect(): Headers and client library minor version mismatch. Headers:100031 Library:100129 in /home/grandhos/public_html/class/class.mysql.php on line 23
Stomatologiya

Stomatologiya

Stomatologiya dişlərin, dişətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsidir. Bu tibb sahəsiylə məşğul olan həkim - həkim - stomatoloq adlanır.

Stomatologiyanın əsas bölmələri aşağıdakılardır:

• Terapevtik stomatologiya;

• Endodontiya;

• Ortopedik stomatologiya;

• Uşaq stomatologiyası;

• Ortodontiya;

• Parodontologiya;

• Üz-çənə cərrahiyəsi;

• mplantologiya.

Terapevtik stomatologiya

Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.

Endodontiya

Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir.

Ortopedik stomatologiya

Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik və funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür. Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir. Diş protezləri konstruksiyasına görə çıxan və çıxmayan olur.

Uşaq stomatologiyası

Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.

Ortodontiya

Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir.

Parodontologiya

Dişətrafı toxumaların xəstəliklərinin profilaktikası, müalicəsi və bərpası ilə məşgul olan stomatologiya sahəsidir.

Üz-çənə cərrahiyəsi

Üz çənə sisteminin iltihabi xəstəlikləri, travmaları, anadangəlmə qüsurları ilə məşğul olan stomatologiya sahəsidir. Üz-çənə cərrahiyəsi bir çox ölkələrdə stomatologiyaya aid edilmir. Stomatologiya sahəsinə aid olan oral cərrahiyə sadəcə ağız boşluğunda aparılan cərrahi müdaxilələri ehtiva edir.

İmplantologiya

Dis implantları zədə, cürük, endodontik və ya peridontal patologiyalar səbəbi ilə cəkilmiş və itirilmiş dişlərin kompensasiyasi məqsədi ilə həyata kecirilir. Diş implantları atravmatik cərrahi əməliyyat texnikasıyla çənə sümüklərinə yerləşdirilərək diş kökü funksiyasini yerinə yetirir. Əsasən titan məmulatından olur. Diş implantlarının sümüyə qaynama halına osseointegrasiya deyilir.

Ən son avadanlıqlarla təchiz olunmuş Grand Hospital-da yuxarıda sadaladığımız əsas bölmələri əhatə edən bütün xidmətlər çox yüksək səviyyədə sizlərə təklif olunur.