Qastroenterologiya-Hepatologiya şöbəsi

Şöbə qastroenterologiya və hepatologiya hissələrindən ibarətdir. Qastroenterologiya hissəsində həkim qastroenteroloq və endoskopistlər çalışırlar.

Şöbənin hepatologiya hissəsində çalışan mütəxəssislər:


Dr. Ağayeva Gülnarə – şöbə müdürü;

Dr. Hüseynova Arzu – qastroenteroloq-hepatoloq;

Dr. Ələsgərova Afaq – pediatr-hepatoloq;

Dr. Babayeva Sara  – Dietoloq-hepatoloq;

Dr. Haciyev Ramin – psixoterapevt;

Dr. Orucov Zaur – terapevt-hepatoloq;

Güngörən İlhamə – şöbənin baş tibb bacısı.

 

 

Dr. Gülnarə Ağayeva - şöbə müdiri, həkim


1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 

Keçdiyi kurslar: 

1999 -ci ildə Həkimlərin Təkmilləşdirmə İnstitutunda anesteziologiya və reanimasiya kursları keçib.


2004- cü ildə  - Rusiyada - E.M.Tareeva adına Moskva Tibb Akademiyasında Hepatoloji kurs keçib, terapiya və peşə xəstəlikləri şöbəsində.


2005-ci ildə  - Avstriyada - Vyana Tibb Universitetinin Klinikasında, İnfeksiya Xəstəlikləri və Kemoterapi şöbəsində, İnfeksiya Xəstəlikləri və Hepatologiyadan kurs keçib.


Tibb elmləri üzrə fəlsəfə doktorudur.


"Xroniki hepatit C olan xəstələrdə karbohidrat və lipid mübadiləsinin pozulması və onların korreksiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.


2008-ci ildə elmi onun qaraciyər xəstələrinin müalicəsində aparılan elmi tədqiqatları, Amerika və Asiya-Sakitokean assosiasiyasında ən yaxşı inkişaf kimi. Qaraciyər Xəstəlikləri öyrənilməsi üzrə, Avropa və Asiya-Sakitokean Assosiasiyasında ən yaxşı elmi məqalələrdən biri sayılır.

 

Qaraciyər Xəstəlikləri üzrə, Avropa və Asiya-Sakitokean assosiasiyasının üzvüdür.


2009-cu ildən xroniki hepatit C müalicəsi üzrə ekspert qrupunun üzvüdür.

 

Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar ictimai birliyinin sədridir.


Azərbaycan, rus və ingilis dillərini bilir.

 

 

 

 

Dr. Hüseynova Arzu - Qastroenteroloq-hepatoloq



1985-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Həmin il 5 saylı ŞKX-nın terapiya şöbəsinin internaturasına daxil olub.

1994-cü ilə qədər 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında işləyib.

1994-cü ildən hazırki dövrə qədər 5 saylı ŞKX-ın qastroenterologiya, hepatologiya şöbəsində qastroenteroloq-hepatoloq ixtisası üzrə işləyir.

2008-ci ildən hazırki dövrə qədər EASL-ın (Avropa Qaraciyər Xəstəlikləri Assosiasiyasi) üzvüdür.

2004-cü ildən hazırki dövrə qədər ROPIP -in (Rusiya Qaraciyər Xəstəlikləri Cəmiyyətinin) üzvüdür.

2015-ci ildən TKV-nın (Türk Qaraciyər Vakfının) üzvüdür.


Azərbaycan Qastroenteroloqlar İctimai Birliyinin üzvü və daimi mühazirəçisidir. Dəfələrlə APASL (Asiya və Sakit okean ölkələrinin Qaraciyər Xəstəlikləri Assosiasiyası), EASl, ROPIP, MDV-məkanının qastroenterologiya və hepatologiya ilə bağlı konfransların və toplantıların iştirakçısı olmuşdur.

 

 

Dr. Ramin Hacıyev - Psixoterapevt


Rusiya Psixoloq Assosiyasiyasının üzvü.


Praktikada əsas məşğul olduqları problemlər:


depressiyalar, fobiyalar, müxtəlif səbəblərdən yaranan panik atak halları, uşaqlarda və yeniyetmələrdə sosial adaptasiya kompleksləri, kişi-qadın münasibətləri (ailədə zorakılıq, hisslərin tükənməsi, boşanma təhlükəsi, ilk toy gecəsi sindromu və s.).

 

 

 

 
Dr. Afaq Ələsgərova - Pediatr-hepatoloq
 
2001-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.

Qastroenterologiya və hepatologiya üzrə
Rusiya Assosiasiyasının üzvüdür.

Qaraciyər Xəstəlikləri üzrə, Avropa və Asiya-Sakitokean assosiasiyasın üzvüdür.


Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar ictimai birliyinin üzvüdür.

Uşaqlarda qaraciyər və mədə-bağırsaq traktının xəstəliklərini müalicə edir. 

2014-cü ildə uşaq xəstəliklərindən ixtisasartırma kursları keçib.

Azərbaycan, rus və ingilis dillərini bilir.

 

 

Dr. Zaur Orucov - Terapevt-hepatoloq



2002-2009 ildə Azərbaycan Tibb Universitetini bitirib və terapiya üzrə internatura keçib.


2010 - Hərbi xidmət.


2011-ci ildən qaraciyər xəstəliyi şöbəsində terapevt - hepatoloq işləyir. 


2011-ci ildən 2015-ci ilədək parallel təcili yardımda işləyib.

 

 

 

Dr. Sara Babayeva -Dietoloq

 

 

 2011-ci ildə müalicə işini "Odlar Yurdu" Universitetində bitirib.


 2011-ci ildən bugünədək Qaraciyər Xəstəlikləri şöbəsində işləyir.


 2016-ci ildə, İstanbulda dietologiya üzrə ixtisasartırma kursları keçmişdir.

 

Dr. Ramin Bağırov


 

1997-2003 ATU bitirmişdir.

 

2003-2004 Reanimasiya üzrə internatura keçmişdir.

 

2006-2008 Kazan Tibb Akademiyasının endoskopiya şöbəsində ixtisaslaşma kursu keçmişdir.

 

2008-2009 Ondokuz Mayıs Universitetinin qastroenterologiya kursu keçmişdir.

 

2009-dan Türk-Azərbaycan endoskopik cəmiyyətin üzvüdür.


Qastroenterologiya bölümündə:

- Kolonoskopiya, ezofaqoqastroduodenoskopiya;

- Polipektomiya;

- Yad cisimlərin mədə-bağırsaq traktından xaric edilməsi;

- Qida bousunun varikozlarinda band liqasiya;

- Mədə-bağırsaq traktının qanaxmaların koaqulyasiya, skleroterapiya, kliplərin yerləşdirilməsi;

- Mədə-bağırsaq traktının disfaqiyalarında stentlərin yerləşdirilməsi;

- ERCP;

- Axalaziyalarda balon dilatasiya olunur.

 

 

 

Lyudmila Bedirxanova - Radioloq



Moskvanın aparıcı klinikalarında, 

Sankt-Peterburqda və İstanbulda dəfələrlə təcrübə keçirib.


Radiologiyada təcrübəsi 29 ildir.

 

 

İlhamə Güngörən - Baş Tibb bacısı


1990-cı ildə tibb texnikumunu bitirib və həmin ildən NMR respublika xəstəxanasının reanimasiya şöbəsində işləyib.


2001-ci ildən “Leyla Şıxlinskaya” klinikasında cərrahiyə söbəsində tibb bacısı işləyib.


Hal hazırda qastroenterologiya və hepatologiya şöbəsində şöbənin baş tibb bacısı işləyir.


Qastroenterologiya və hepatologiya şöbəsində gündüz stasionara, infuziyalara, peyvəndlərə, sarğı işlərinə, aseptika və antiseptika nəzarətinə, tibbi geydiyyatına nəzarət edir.