Endokrinologiya

Endokrin sistemi daxili sekresiya vəzilərindən ibarət bir sistemdir.

Endokrin sistemi xəstəlikləri ilə məşğul olan həkim Endokrinoloq adlanır.Endokrinoloqlar sekresiya vəzilərinə təsir edən xəstəliklərin diaqnozunu qoyur. Endokrin sistemlə əlaqəli bir probleminiz olduqda həkiminiz ilk öncə sizi bir endokrinoloqa yönləndirməlidir.

Endokrinoloqlar hormon pozğunluğu və digər problemlərinə diaqnoz qoyur və müalicə edirlər. Bir çox xəstəliklərlə məşğul olurlar:

- Diabet (şəkərli diabet, şəkərsiz diabet);

- Tiroid xəstəlikləri;

- Metabolik pozğunluqlar;

- Hormonların çox və ya az sekresiyası;

- Menopauza;

- Osteoporoz;

- Hipertoniya;

- Yağ metabolizması ilə əlaqəli xəstəliklər;

- Sonsuzluq;

- Böyümə geriliyi (boy qısalığı);

- Sekresiya vəzilərinin xərçəngi (şişləri);

- Artıq çəki.

Endokrinoloqlar həmçinin sekresiya vəzilərinin necə işlədiyini dəyərləndirmək üçün bəzi testlər istəyə bilərlər.

Ən çox rast gəlinən endokrin sistem xəstəlikləri və endokrin pozğunluqlar bunlardır:

- Diabet;

- Tiroid;

- Sümük; 

- Sonsuzluq;

- Artıq çəki;

- Hipofiz vəzi; 

- Böyümə,İnkişaf;

- Hipertoniya;

- Lipid (yağ) pozğunluqları.