Diyetologiya

Diyetologiya - sağlam və ya xəstə insanın rasional qidalanması üzrə fəaliyyət göstərən tibb sahəsidir. Rasional qidalanma dedikdə orqanizmin fizioloji və kliniki əsaslandırılmış maksimal qidalandırıcı maddələr ilə təmin edilməsi nəzərdə tutulur. Xüsusi seçilmiş pəhrizlər - müalicəvi qidalanma - bir çox xəstəliklərin müalicəsində vacib rol oynayırlar.

Adətən pəhrizlərin qurulmasında növbəti meyarlar nəzərə alınır:

·         qidanın enerji dəyəri

·         qidanın balansı

·         qidanın texnoloji emalı

·         qida rejimi

Pəhrizlər qastrit, mədə xorası, şəkərli diabet, piylənmə, qəbizlik və s. kimi xəstəliklərdən qorunmaq üçün vacibdir.