Andrologiya

Andrologiya (andros-kişi, loqos-elm deməkdir) - kişi cinsiyyət orqanlarının inkişafı, funksiyaları, fiziologiyası və xəstəliklərinin müayinə-müalicəsi ilə məşğul olan təbabət elmidir.

Andrologiyanın qarşısında duran əsas problemlər:

- Kişi sonsuzluğu

- Hipoqonadizm (nəsil törətmək istəyindən asılı olmayaraq)

- Erektil disfunksiyalar (ereksiyanın pozulması)

- Kişi kontrasepsiyası (ailə planlaşması)

- Andropauza (kişi cinsi funksiyasının fizioloji sönməsi)